Özgə dilə yazmaram
Nazlı şirin dil varım, özgə dilə yazmaram
Doğrasalar da məni, öz dilimi atmaram
Cənnəti versəz mənə, dunyanı satsaz mənə
Mən Anamın naz dilin, başqa dilə satmaram
Şəhrıyarım düz diyib, qatma dilin dillərə
Mən bü gözəl türk dilin, ayrı dilə qatmaram
Bax bü dilin sayəsi, gəzdi adım dillərə
Olmasa gər bü dilim, heç yerə mən çatmaram
Onda ki mən ölmüşəm, qurlayın öz yurduma
Çün budur adət mənim, özgə yerə yatmaram
Qəbriin üstündə siz, Türkü bü şeiri yazın
Öz dilimi atmaram, başqa dilə satmaram |