تبليغاتX
GÜNEY AZERBAYCAN - İran və İsrailin Azərbaycandakı səfirlikləri qarşısında etiraz aksiyası keçirilib

GÜNEY AZERBAYCAN

Ne Mutlu Türküm Diyene

İran və İsrailin Azərbaycandakı səfirlikləri qarşısında etiraz aksiyası keçirilib

İran və İsrailin Azərbaycandakı səfirlikləri qarşısında etiraz aksiyası keçirilib

Aksiya zamanı saxlanlanlar olub

Bu gün Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyalar İran və İsrailin Azərbaycandakı səfirlikləri qarşısında etiraz aksiyası keçirib. Verilən məlumata görə, DUİ üzvləri əvvəlcə İran səfirliyi qarşısında toplaşaraq, İranda yaşayan azərbaycanlılarla həmrəylik nümayiş etdirib, soydaşlarımızın hüquqlarının pozulmasına etiraz ediblər. Lakin Səbayel rayon Polis İdarəsinin əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıblar. Buna baxmayaraq, aksiyanın qətnaməsi səfirliyə təqdim olunub. Polis aksiya iştirakçılarından 4 nəfəri saxlayıb. Saxlanılanlar arasında DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Bəybala Əbil və Elman Türkoğlu da var. Lakin polis 30 dəqiqədən sonra saxlanılanları sərbəst buraxıb.

Bunun ardınca isə İsrail səfirliyi qarşısında aksiya keçirilib. Qəzzada günahsız müsəlmanların öldürülməsinə etiraz xarakteri daşıyan aksiya insidentsiz ötüşüb. Aksiya iştirakçıları qətnaməni səfirliyə təqdim ediblər.

Qeyd edək ki, DUİ-yə Klassik Xalq Cəbhəsi, Milli Demokrat, Azadlıq, Böyük Azərbaycan və Xalq partiyaları daxildir. // APA

+ نوشته شده در  1 Mar 2009ساعت 11:7 PM  توسط samad joshgun  |