+ نوشته شده در 21 Mar 2008ساعت 4:42 PM  توسط samad joshgun
|
Bizim sözömüz :
Nə dillərlə dindiriblər Təbrizi! Tərifində çox sözlər söylüyüblər . Birisi " dumanlı " Biri " qəhrəman " Biride " mehriban "-Təbriz diyibler Ancaq ən gözəli bu söhbətlərin "Qocaman Təbriz " di , qocaman Təbriz . Qocaman kəlməsi çoxlu yük daşır Özüynən geçmişi , tarixi daşır Özüynen hekməti , ağılı daşır Özüynen təcrübə , bilgini daşır ... Təbriz harda durur ? Təbriz hara dır ? Nedəndir ürəklər ona çırpınır? Bir zaman bir böyük impiraturluğn Paytəxti , bu zaman necə dolanır ? Bu şəhər dumanli qocaman şəhər Çox zaman ölkənin paytəxti olmuş Çox zaman ölkəyə darul-səltənə Şərqin demokratik inqilabının İlkin başlıyanı bu şəhər olmuş İndi nə gəlibdi onun başına Böylə ağrıdırı insan ürəyin Görəsən şəhərı Şəmsi–təbrizin Daha gözəllərin diyari dəyir ? • Xulasə Sözümüz Təbrizdən gedir Onun qarasınnan onun ağınnan Onun dağlarınnan onun bağınnan Onun düşmanınnən onun yarınnan Sədəfli sazınnan incə tarinnan Onun nər oğlunnan ıyid qadınnan Onun qənatınnan çeşməsarinnan Onun Şex məmmedlə Səttar xaninnan Ancaq bu sözlərin, bu söhbətlərin Hamısı sizlərin öz söhbətidir Təbrizi yazirıq sizin gözüzdən Sizin söhbətizdən sizin sözüzdən Biz yalnız bu Saytı səmanlıyanıq Sizin dilinizdi burda danışan Bu yolda bizinən sırdaş olsanız Ayaqdaş olsanız ,yoldaş olsaniz Artıq tanıtdırrıq qoca Təbrizi Könüllü olana , istiyənlərə Düzgün , göstərərik öz ölkəmizi
• Saytımızın əziz oxuculri Biz bu saytın türkcəsıni iki əlifba xətti ilə yazırıq . ( fars və latin ) xətti . Latin xəttilə yazmağımızın səbəbi budur ki fars əlifbasın oxuya bilmiyənlərde saytımızı oxuya