تبليغاتX
GÜNEY AZERBAYCAN

GÜNEY AZERBAYCAN

Ne Mutlu Türküm Diyene

  شهریار                                      şəhryar))

 

تورکون دیلی

turkün dili

 

تورکون دیلی تک سئوگلی ایستکلی دیل اولماز

Turkün dili tək istəkli dil olmaz

ئوزگه دیله قاتسان , بو اصیل دیل, اصیل اولماز

Ozgə dilə qatsan bu asil dil asil olmaz

 

ئوز شعرینی فارسا- عربه قاتماسا شاعر

Oz şerini farsa- ərəbə qatmasa şaır

شعری اوخویانلار. ائشیدنلر کسیل اولماز

Şeri oxuyanlarş eşidər kəsil olmaz

 

فارس شاعری چوخ سوزلرینی بیزدن آپارمیش

Fars şaıri çox sozlərini bizdən aparmış

"صابر" کیمی بیر سفره لی شاعیر, پخیل اولماز

Sabir kimi bir sufrəli şaır pəxil olmaz

 

تورکون مثلی فولکلوری دنیادا تک دیر

Turkün məsəli fölkolöri dunyada təkdir

خان یورقانی, کند ایچره مثل دیر, میتیل اولماز

Xan yörqani kənd içərə masal dir mitil olmaz

 

آذر قوشونی, قیصر رومی اسیر ائتمیش

Azər quşüni qeysar əsir etmiş

کسری سوزودیر بیر بئله تاریخ ناغیل اولماز

Kəsra sozuzör bir belə tarix nağil olmazğ

 

پیشمیش کیمی, شعرین ده گرگ داد – دوزی اولسون

Pişmiş kimi şerində gərəg dad – düzi oısun

کند اهلی بیلرلر کی دوشابسیز خشیل اولماز

Kənd  əhli bilərlərki döşabsiz xəşil olmaz

 

سوزلرده جواهر کیمی دیر,اصلی بدلدن

Sozlərdə cəvahır kimidir əsli bədəldən

تشخیص وئرن اولسا بو قده ر زیر- زیبیل اولماز

Təşxis verən olsa bu qədər zir zibil olmaz

 

شاعیر اولا بیلمزسن, آنان دوغماسا شاعیر

Şaır ola bilməzsən  anan doğmasa şaır

مس سن, آبالام هر سارای کوینک قیزیل اولماز

Məssən abalam hər saray koynək qizil olmaz

 

چوخ قیسا بوی اولسان اولوسان جین کیمی شیطان

Çox qisaa boy olsan olusan cin kimi şeytan

چوخ دا اوزون اولما که اوزوندا عقیل اولماز

Çoxda uzun olmaki uzunda əqil olmaz

 

مندن ده نه ظالم چیخار,اوغلوم, نه قصاص چی

Məndən nə zalim çixar oğlum nə qəsasçı

بیر دفعه بونی قان کی ایپکدن قیزیل اولماز

Bir dəfə bunu gan ki ipəkdən qizil olmaz

 

آزاد قوی اوغول عشقی طبیعتده بولونسون

Azad qoy oğul eşqi tabiətdə bulünsün

داغ , داشدا دوغولموش ده لی جیران حمیل اولماز

Dağ daşda doğülmüş dəli ceyran hamil olmaz

 

اینسان اودی توتسون بو ذلیل خلقین الیندن

Insan osi tutsün bu zəlil xəlqin əlindən

آلاهی سورسن , بئله اینسان ذلیل اولماز

Alahi sevərsən belə insan zəlil olmaz

 

چوق داکی سرابون سویی واریاغ- بالی واردیر

Çoxdaki sərabın süyı var yağ – bali vardır

باش عرشه ده چاتدیرسا , سراب اردبیل اولماز

Baş ərşədə çatdirsa sərab ərdəbil olmaz

 

میلت غمی اولسا , بو جوجوقلار چوپه دونمز

Milət ğami olsa bu çocöqlar çopə donməz

اربابلار یمیزدان قارینلار طبیل اولماز

ərbablar yemizdən qarinlar tabil olmaz

 

دوز واختا دولار تاختا, طاباق ادویه ایله

Doz vaxta dolar taxta tabaq ədviyəilə

اوندا کی ننه م سانجیلانارزنجفیل اولماز

Ondaki nənəm sancilanar zəncəfil olmaz

 

بو «شهریار»ین طبعی کیمی چیممه لی چشمه

Bu şəhriyarin təbıikimi çimməli çeşmə

کوثر اولا بیلسه دئمیرم , سلسبیل اولماز

Kosər ola bilsə demirəm səlsəbil olmaz

+ نوشته شده در  19 Feb 2008ساعت 10:44 PM  توسط samad joshgun  | 

Iranın Ruhaniyyət məhkəməsi Güney Azərbaycanın milli fəalı Höccətülislam Əzimi Qədimi bir il həbsə məhkum edildi

DAK informasiya mərkəzinin Güneydən aldığı məlumata əsasən Güney Azərbaycanın milli haqlarını müdafiə edən və buna görə də dəfələrlə İran şovinist mollaları tərəfindən həbs edilən və ağır işgəncələrə məruz qalan Höccətülislam Əzimi Qədim Qum şəhərinə Ali Ruhaniyyət məhkəməsi tərəfindən bir il həbsə məhkum edildi.

Hökmdə göstərilir ki, müttəhim Əbdüləziz Əzimi Qədim öncədən 2005-ci ildə ruhaniyyət məhkəməsi tərəfindən 10 il müddətinə ruhani libasını geyinməkdən məhrum edilmişdir. Bu hökmə etiraz edən Əzimi Qədim məhkəmənin qərarını pozaraq ruhaniyyət paltarını geyinməyi davam etmişdir. Bununla yanaşı müttəhim İran İslam hakimiyyətinə qarşı olan qruplarla iş birliyi etmiş İranın ərazi bütövlüyünü təhlükəyə salan pantürkist təfəkkürünü yaymaqda davam etmişdir. Ruhanilərin xüsusi məhkəməsi tərəfindən hakim Hüseyn Bəhrami Qum Ruhaniyyət məhkəməsinin 2-ci şöbə rəisi tərəfindən dəfələrlə həbs edilmə hökmü verilmiş, bir il müddətinə Təbriz həbsxanasına göndərilmiş, 5 il müddətinə Güney Azərbaycan ərazilərində sürgün edilmiş, 2006-cı ildə Təbriz həbsxanasında 6 ay həbs çəkdikdən sonra şərti azadlığa buraxılmış və son günlərdə yenidən Qum Ruhaniyyət məhkəməsi tərəfindən bir il həbsə məhkum edilmişdir.

Xatırladaq ki, Beynəlxalq Əfv Təşkilatı 24 avqust 2005-ci il, 4 may 2006-cı il, 27 oktyabr 2006-cı il üç ayrıca bəyanatla İran hakimiyyətinə müraciət etmiş və müraciətdə bildirmişdir ki, insan haqları və milli haqlarını tələb edən Əbdüləziz Əzimi Qədimə qarşı məhkəmə qərarı Beynəlxalq İnsan Haqlarına ziddir və bu qərarlar dərhal dayandırılmalı, ona qarşı qoyulan bütün qadağalar ləğv edilməlidir.

+ نوشته شده در  12 Feb 2008ساعت 3:43 PM  توسط samad joshgun  | 

Güney Azərbaycan Milli Azadlıq Hərəkatının müqavimət simvolu olan Abbas Lisani Yəzd həbsxanasına sürgün edilə bilər

DAK informasiya mərkəzinin Güneydən aldığı məlumata əsasən hal hazırda Əhər həbsxanasında saxlanılan Abbas Lisani Yəzd həbsxanasına göndərilmək təhlükəsinin olduğunu bildirib. Bununla bağlı açıqlama verən Abbas bəyin həyat yoldaşı xanım Rüqəyya Əlizadə bu vəziyyətdən çox nigaranlıq keçirdiyini bildirmiş və rejimin bu qanunsuz qərarı inasan haqlarına zidd və qəsdən Abbas bəyin psixoloji işgəncə olaraq ona qarşı bir təzyiq vasitəsi hesab olunur.

Xatırladaq ki, Abbas Lisani Güney Azərbaycanın milli haqlarını müdafiə etdiyinə görə neçə müddətdir ki, şovinist fars molla hakimiyyəti tərəfindən həbs edilərək bu günə qədər ağır işgəncələrə məruz qalmış, fiziki və maddi təzyiqlərlə yanaşı ailəsinə və yaxınlarına da İran Təhlükəsizlik Nazirliyi tərəfindən təzyiqlər göstərilir.

Bu günə qədər Beynəlxalq İnsan Haqları təşkilatları dəfələrlə Abbas Lisanilə bağlı İran dövlətinə protokollar təqdim etmiş və o sənədlərdən Abbas Lisaniyə qarşı aparılan məhkəmə qərarları və onun həbsini pisləmiş və dərhal onun azadlığa buraxılmasını tələb edən qərarlar olmuşdur. Lakin diktator fars hakimiyyəti bu günə qədər Güney Azərbaycanın siyasi məhbusları ilə bağlı verilən bütün beynəlxalq sənədlər bu hakimiyyətə heç bir təsir etməmiş, əksinə Gümey Azərbaycanın mili fəallarına qarşı təzyqilər daha da artmaqdadır.

Beynəlxalq İnsan Haqları təşkilatları verdikləri qərarların İran dövlətindən qətiyyətlə istəməməkləri İran dövlətinə insan haqlarını kobudcasına şərait yaradır.

+ نوشته شده در  12 Feb 2008ساعت 3:41 PM  توسط samad joshgun  | 

Bütöv Azərbaycanın "Türkmənçay" faciəsindən 180 il keçir

 

Fevralın 10-da Azərbaycanı ikiyə parçalayan "Türkmənçay" müqaviləsinin 180 ili tamam oldu. Bu müqaviləylə bağlı Milli Məclisdə müvafiq komissiyanın yaradılacağı barədə informasiyalar qəzetlərdə əksini tapıb. İndidən proqnoz vermək çətin olsa da, bütün hallarda "Türkmənçay" müqaviləsinin tarixçi alimlərin simasında parlament səviyyəsində müzakirəyə çıxarılması mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, Rusiya imperiyası ilə Azərbaycan xanlıqları arasında imzalanmış müqavilələrin ictimai müzakirədə saxlanılmasına nail olmaq lazımdır. Bu ermənilərin əsassız təbliğatına qarşı Azərbaycanın mövqeyinin güclənməsinə, cilalanmasına kömək edərdi. Məsələn, Azərbaycan dövlətləri olan Qarabağ xanlığının, İrəvan xanlığının və s. Rusiya imperiyası ilə müqavilələr imzalaması, burada erməninin hansısa dövlətindən söhbət getməməsi kimi məsələlər gündəmə gətirilməlidir.

 


ادامه مطلب
+ نوشته شده در  12 Feb 2008ساعت 3:40 PM  توسط samad joshgun  | 

İranda türk adları sıxışdırılır

Ad millətin tarixində mühüm rol oynayır. Təəssüf ki, tarixin çox dönəmlərində milli adlarımızdan az qala məhrum olduq. Bu gün işlətdiyimiz milli adlar işlətmədiklərimizlə müqayisədə xeyli azlıq təşkil edir. Ardıcıl olaraq türk şəxs adlarının tarixən keçdiyi yolu, müxtəlif yad təsirlərə məruz qalmasını araşdıran professor Aydın Abi Aydın deyir: "Ad insana xas bir əlamətdir, yaşam və toplum üçün son dərəcə gərəklidir. Toplumun hər birinin adı olmalıdır; şəxs adı, coğrafi adı olmayan ölkə, cəmiyyət təsəvvür etmək mümkün deyil. Şəxs adları insan cəmiyyətinin yaşam tərzini, ictimai, iqtisadi, siyasi tarixini, bütövlükdə mədəni gəlişmə səviyyəsini göstərən özəlliklər daşıyır. Hər bir şəxs adı, onun yaranması, eyni zamanda həmin xalqın tarixinin bir hissəsidir. İnsanları bir-birindən fərqləndirmək üçün hələ ilk qəbilə və tayfa icmaları dövründə onların hər birinə ad verilib. Amma şübhəsiz ki, adlar həm də milli-tarixi, toplumsal səciyyə daşıyır, cəmiyyət həyatının ayrılmaz hissəsidir".


ادامه مطلب
+ نوشته شده در  12 Feb 2008ساعت 3:34 PM  توسط samad joshgun  | 

Əkbər Ələminin deputatlığa namizədliyi qeydə alınmayıb                       DAK informasiya mərkəzinin Güneydən aldığı məlumata əsasən Azərbaycan türklərinin hüquqlarının müdafiəçisi kimi tanınan millət vəkili Əkbər Ələminin deputatlığa namizədliyi qeydə alınmayıb. İran Mərkəzi Seçki Komissiyası azərbaycanlı deputatın martın 14-də keçiriləcək parlament seçkilərində iştirakına razı olmayıb. Buna səbəb millət vəkilinin müxalifətdə olması, Güney Azərbaycan türklərinin milli problemlərini tez-tez qabartması və onların haqlarını müdafiə etməsidir. Bundan əlavə, bir sıra şəxslər müvafiq orqanlara Əkbər Ələmi barəsində anonim məktublar göndəriblər. Hətta millət vəkilinin toxunulmazlıq səlahiyyəti bitdikdən sonra şikayət ərizələrinin veriləcəyi də gözlənilir. Çünki bəzi şəxslər onu gözdən salmağa və həbsinə çalışırlar.

+ نوشته شده در  25 Jan 2008ساعت 3:42 PM  توسط samad joshgun  | 

NASİR ƏTAPURUN İRANDA TƏZYİQƏ MƏRUZ QALMASI XƏBƏRİ TAM TƏKZİB OLUNUR

«Televiziya Muğam Müsabiqəsi-2007»nin finalçılarından olan Nasir Ətapur bugünlərdə İrana gedərkən təzyiqlərə məruz qalması haqda Azərbaycan KİV-ində yayılan məlumatların heç bir əsası olmadığını vurğulayır.

Həmin məlumatlarda N.Ətapurun Tehran hava limanında hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanıldığı, dindirildiyi, ondan İranda Azərbaycan musiqisinin təbliği ilə məşğul olmayacağı, konsertlər verməyəcəyi barədə izahat alındığı bildirilib.


ادامه مطلب
+ نوشته شده در  25 Jan 2008ساعت 3:37 PM  توسط samad joshgun  | 

 

Güney Azərbaycanda da 20 yanvar faciəsi anıldı

DAK informasiya mərkəzinin aldığı məlumata görə İran Hakimiyyəti Aşura gününün qeyd olunmasını Güney Azərbaycanın bütün bölgələrində keçirilməsinə təzyiqlər göstərməyinə baxmayaraq Güney azərbaycanlılar xüsusilə Sulduz şəhərində şəhidlər məzarlığına toplaşan Sulduzlu milli fəallar Aşuranı qeyd etməklə yanaşı 20 yanvar faciəsini və Güney Azərbaycan milli azadlıq hərəkatının şəhidlərinə anım mərasimi keçiriblər.

İran Təhlükəsizlik Qüvvələri çoxlu sayda şəxsi paltarda polis məmurları tədbir iştirakçılarını kameraya çəkərək onları təhdid ediblər. Lakin buna baxmayaraq 20 yanvar faciəsi Quzey Azərbaycanın müstəqilliyinin təməlinin qoyulduğu gün kimi qeyd olunaraq bütün Azərbaycan yolunda canlarını fəda etmiş soydaşlarımızı əklillərlə yad etmişlər.

Bu tədbirdən qorxuya düşən İran Təhlükəsizlik və polis qüvvələri ciddi iş rejiminə keçərək Sulduzun bütün küçələrində və məzarlığa gedən yollarda hazır vəziyyətdə polis qüvvələri yerləşdirmişdir. Sulduzla yanaşı Güney Azərbaycanın Təbriz, Urmiyə, Zəncan və başqa şəhərlərində də 20 yanvar günü qeyd olunmuşdur.

+ نوشته شده در  25 Jan 2008ساعت 3:35 PM  توسط samad joshgun  | 

Təbrizdə Ermənistanın Baş konsulluğunun açılması qərarı Güney azərbaycanlıları tərəfindən etirazla qarşılanıb
İranda Azərbaycan dilində nəşr olunan “Yarpaq” qəzetinin

redaktoru Səid Muğanlı APA-ya bildirib ki, bir qrup azərbaycanlı ziyalı Təbrizdən seçilən deputat Əkbər Ələmi ilə də görüşüb və ona İranda yaşayan azərbaycanlıların etirazını çatdırıb. S. Muğanlı ölkədə açıq şəkildə imzatoplama kampaniyasına başlandığını da deyib: “Beş gündür, İranın bütün ərazisində Təbrizdə Ermənistanın konsulluğunun açılmasına etiraz edən azərbaycanlılar arasında imzatoplama kampaniyasına start verilib. İran dövləti isə məsələyə hələ münasibət bildirmir. Hesab edirik ki, İran dövləti milyonlarla azərbaycanlının fikirlərini nəzərə almalı və ermənilərin çox az sayda yaşadığı Təbrizdə baş konsulluq açılmasına icazə verməməlidir. Bu yanlış addımdır və azərbaycanlılar arasında ciddi etiraz yarada bilər”.

+ نوشته شده در  25 Jan 2008ساعت 3:33 PM  توسط samad joshgun  | 

"Təbriz ermənilər üçün strateji bir nöqtədir"

Nəsib Nəsibli: "Konsulluq  Cənubi Azərbaycanda gedən prosesləri öyrənib Ermənistanın XİN-ə bildirəcək"

 Tehran israrla işğalçı Ermənistanın Təbrizdə konsulluq açmasına çalışır. Hər kəsə bəllidir ki, Cənubi Azərbaycanın bu şəhərində demək olar ermənilər yaşamır. Cənubi Azərbaycanda yalnız Urmiyada az saylı erməni icması mövcuddur. Bəs belə olan halda Tehranın və İrəvanın Təbrizdə konsulluq açılmasına maraq göstərməsində məqsəd nədir?

 Bəllidir ki, molla rejimi Cənubi Azərbaycanda özünüdərk prosesinin, milli hərəkatın güclənməsindən həmişə ciddi narahatlıq keçirib və bunun qarşısını almaq üçün müxtəlif metodlara əl atıb. Belə olan halda şübhəsiz ki, birinci növbədə Şimali Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistanın milli hərəkatların, inqilabların beşiyi olan Təbrizdə konsulluğunun açılması Azərbaycan türklərini mənəvi cəhətdən sarsıtmağa hesablanıb.

İkincisi, bu, Azərbaycan türklərinin özlərinin arasında da ziddiyyət yaratmaq niyyəti güdür. Çünki Ermənistanın ən böyük iqtisadi tərəfdaşı İrandır və konsulluq da əslən Cənubi Azərbaycandan olan sahibkarların ticarət prosesinə daha çox cəlb edilməsinə çalışacaq. Beləliklə də son nəticədə Cənubi Azərbaycanda Qarabağ probleminə diqqətin azaldılmasına, bu problemin Cənubdakı soydaşlarımıza yad olması yönündə rəyin formalaşdırılmasına can atılacaq. Həm mollo rejimi, həm də işğalçı ölkə üçün bu, çox vacibdir. Çünki milli hərəkatın gücləndiyi, fəallığın artdığı Cənubi Azərbaycan həm İran, həm də Ermənistan üçün ciddi təhlükə və təhdid mənbəyidir. İran-Ermənistan ticari əlaqələri məhz Cənubi Azərbaycan üzərindən gerçəkləşdirilir.

Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli molla rejiminin və İrəvanın Təbrizdə konsulluğun açılmasına maraq göstərməsinin səbəbləri sırasında bu şəhərin Tehrandan İrəvana gedən yolun üzərində yerləşməsinin böyük rolu olduğunu da vurğulayır: "Təbriz ermənilər üçün strateji bir nöqtədir, yüklər oradan keçir. İkincisi, konsulluq informasiya-reklam baxımından önəmlidir. Vyana Konvensiasına görə, konsulluğun informasiya vermək və toplamaq haqqı var. Ermənilər Təbrizi stateji bir nöqtə bildiklərindən orada konsulluq açırlar. Ona görə burada təəccüblü bir şey yoxdur. Şübhəsiz ki, konsulluq Cənubi Azərbaycanda gedən prosesləri öyrənib Ermənistanın Xarici İşlər Nazirliyinə də bildirəcək".

+ نوشته شده در  25 Jan 2008ساعت 3:31 PM  توسط samad joshgun  | 

"İranda türk dilinə qadağa soydaşlarımıza qarşı növbəti təzyiq vasitəsidir"

Ötən sayımızda İran Mədəniyyət Nazirliyinin öz nəzdində yeni bir mərkəz yaratdığı barədə məlumat vermişdik. Qurumun əsas vəzifəsi Azərbaycan türkcəsindəki sözlərdən geniş istifadənin qarşısını almaqdır. Artıq mərkəz Güney Azərbaycan şəhərlərində müxtəlif peşə sahibləri və ayrı-ayrı tacirlər arasında vərəqələr yayıb. Vərəqələrdə onlardan mağaza sahiblərindən türk adlarına qoyulmuş qadağaya riayət etmək tələb olunur. Hətta İranın Mədəniyyət Nazirliyinin yeni bir qərarıyla Güney Azərbaycanda uşaqlar üçün türk dilində nağıl və dastan kitablarının nəşrinə qadağa qoyulub. Nazirlik bununla bağlı ölkənin bütün bölgələrində, o cümlədən Güney Azərbaycanda fəaliyyət göstərən nəşriyyatlara xəbərdarlıq edib.

Xatırladaq ki, ötən ilin payızında da belə bir qadağa qoyulmuşdu. Həmin vaxt İran parlamentinin bəzi azərbaycanlı deputatlarının ardıcıl etirazları nəticəsində Daxili İşlər və Ticarət nazirlikləri mağaza adlarında türk sözlərindən istifadəyə qoyulmuş qadağanı ləğv etmişdi. Görəsən, İran rejiminin son günlərdə türk dilinə qarşı hücuma keçməsi nəyə işarədir?

Bununla bağlı DAK-ın Koordinasiya Mərkəzinin rəhbəri Əlirza Əmanbəyli ilə əlaqə saxladıq. O bizimlə söhbətində bildirdi ki, bu, fars-molla rejiminin Azərbaycan türklərinə qarşı yeni təzyiq vasitəsidir. Çünki Türk Dünyasının bir araya gəlməsi və türk dilinin inkişafı İran rejimini bərk qorxudur. Eyni zamanda, azərbaycanlılar bu ölkədə əhalinin böyük əksəriyyətini təşkil etdiyindən türk dilinin istifadəsi fars şovinistlərini narahatçılığına səbəb olur. Ona görə də müxtəlif üsullarla türkcənin hərtərəfli yasaqlanmasına çalışırlar. Hazırda Azərbaycan türkləri yalnız ərəb qrafikalı əski əlifbadan istifadə edə bilir. Onun sözlərinə görə, İran rejimi soydaşlarımıza qarşı dəfələrlə belə bir üsula əl atıb. Ancaq əksər vaxtlarda Azərbaycan türklərinin təpkisi nəticəsində geri çəkilib. Amma müəyyən müddətdən sonra yenidən gündəmə gətirirlər. Bütün bunlar isə siyasi oyundur, təzyiq vasitəsidir.

+ نوشته شده در  25 Jan 2008ساعت 3:28 PM  توسط samad joshgun  | 

TƏBRİZDƏ ŞƏHİDLƏRİMİZİN XATİRƏSİ EHTİRAMLA YAD EDİLMİŞDİR 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda anma mərasimi keçirilmişdir.

Mərasimdə Türkiyənin Təbrizdəki baş konsulluğunun əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, İran mətbuatının təmsilçiləri, Azərbaycan Respublikasının Təbrizdə yaşayan vətəndaşları iştirak etmişlər. Onlara 20 Yanvar faciəsinə həsr olunmuş bülleten paylanmış, hadisə zamanı çəkilmiş fotoşəkillərdən düzəldilmiş lövhə qarşısında Azərbaycan xalqına qarşı törədilən tarixi cinayət barədə ətraflı məlumat verilmişdir.

Mərasimdə çıxış edən baş konsul Ayxan Süleymanov 1990-cı il yanvarın 19-dan 20-nə gecə keçmiş sovet qoşunlarının Bakıda və ölkəmizin digər bölgələrində törətdikləri vəhşiliklərdən danışmışdır. Baş konsul bildirmişdir ki, bütün bu qanlı hadisələr xalqımızın mübarizə əzmini qıra bilməmişdir. Ümummilli lider Heydər Əliyev həmişə olduğu kimi, 20 Yanvar faciəsi zamanı da Azərbaycan xalqı ilə birlikdə olmuşdur. Ulu öndərimiz, o vaxt həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, xalqımıza qarşı törədilən hərbi cinayətə kəskin etirazını bildirmiş, böyük cəsarətlə bu qanlı hadisəni törədənləri ittiham etmişdir.

 Azərbaycan xalqının kədərinə şərik olan mərasim iştirakçıları şəhidlərimizin əziz xatirəsi qarşısında ehtiramla baş əymiş, Vətənimizin qəhrəman övladlarının ruhuna dualar oxumuşlar.

+ نوشته شده در  25 Jan 2008ساعت 3:27 PM  توسط samad joshgun  | 

İraq kürdlərinin Güney Azərbaycanın Sulduz şəhərində baş konsulluğu açılıb

DAK informasiya mərkəzinin Güneydən aldığı məlumata əsasən Güney Azərbaycanın qəhrəman şəhəri Sulduz 100 ilə yaxındır ki, silahlı kürdlərin və terrorist kürd qruplaşmalarının ən çox toplandığı şəhərlərdən sayılır. Belə ki, dəfələrlə Sulduzda, Urmiyədə ümumilikdə Qərbi Azərbaycanda kürdlərin dəfələrlə silahlı basqınları və başqa fəaliyyətləri özünü büruzə verməkdədir.

 Xatırladaq ki, 1980-ci illərdə Sulduzda kürd silahlıları Sulduzu və başqa Azərbaycan şəhərlərini ələ keçirmək üçün silahlı hücum edərək çoxlu sayda Güney Azərbaycan türklərini qətlə yetirmiş, lakin Azərbaycan türklərinin öz torpaqlarının bir qarışını belə heç bir mühacir millətə xüsusilə də kürdlərə vermək niyyəti olmayıb və bundan sonra da olmayacaq.

Həmin dövrdə və ondan əvvəlki tarixlərdə də fars şovinistləri və rusların kürd silahlılarını hər tərəfli maliyyələşdirilməsi və dəstəkləməsi Azərbaycan türklərinin gözündən yayınmayıb və onlara qarşı ciddi müqavimət göstərmiş və işğalçılığın qarşısını müvəffəqiyyətlə ala bilmişdir.

Son dövrlərdə İraqın Amerika tərəfindən işğal olunması və kürd faktoruna Amerika bir tərəfdən, Rusiya başqa istiqamətdə, fars molla rejimi isə öz şovinist mənafeyini nəzərə alaraq kürd qruplaşmalarından türk millətinə qarşı olduğu qədər istifadə edib və hər zaman çalışır ki, kürd-türk qarşıdurmasını gündəmə gətirsin. Güney Azərbaycan türklərinin gücünü kürdlərlə qarşı-qarşıya qoysun. Bu hiyləgər əməlləri yaxşı başa düşən Güney Azərbaycan türkləri fars rejiminin Sulduz şəhərində Kürdüstan baş konsulluğunun açılmasını fars şovinistlərinə hiyləgər və məqsədlyönlü əməli hesab edir və buna qarşı lazım olan tədbirləri həyata keçirməyə çalışır.

Xatırladaq ki, fars molla rejimi son günlərdə Təbrizdə və erməni konsulluğunun açılmasına qərar verib. Lakin Azərbaycan türkləri tarix boyu ermənilər tərəfindən ümumilikdə PKK və Daşnak terroristlərinin Güney Azərbaycanda və ümumilikdə türklərə qarşı törətdikləri cinayətlər soyqırımlar hələ Azərbaycan xalqının yadından çıxmayıb və çıxmayacaqdır.

Güney Azərbaycan milli hərəkat fəalları İran fars rejiminin Sulduzda Kürdüstün Konsulluğunun və Təbrizdə Ermənistan Konsulluğunun açılmasını bütün türk dünyasına xüsusilə də Azərbaycana təhqir hesab edir və bunun qarşısını alacağına and içir.

+ نوشته شده در  25 Jan 2008ساعت 3:26 PM  توسط samad joshgun  | 

ABŞ-ın "BÖYÜK AZƏRBAYCAN" PLANI

"İraq parçalanacaq, Kürdüstan yaranacaq və onun sərhədləri Türkiyənin içlərinədək uzanacaq, İraqın bir hissəsi yeni yaranmış Böyük Azərbaycanın torpaqları olacaq". ABŞ-ın xarici siyasət və diplomatiya sahəsində ən nüfuzlu nəşrlərindən sayılan "The Athlantic Monthly" aylığının yanvar-fevral sayında dərc olunmuş "İraqdan sonra" ("After İrag") redaksiya məqaləsində belə deyilir.

Demokratik Partiyaya yaxınlığı ilə tanınan dərginin ən tanınmış yazarlarından olan Ceffri Qoldberqin müəllifi olduğu analitik yazıda Yaxın Şərq, Mərkəzi və Ön Asiya, habelə Cənubi Qafqazdakı proseslərin perspektivləriylə bağlı təxminlər yer alıb. Ərsəyə gəlməsində istefada olan general Ralf Petersin də iştirak etdiyi baş məqalədə bildirilir ki, Yaxın Şərqin xəritəsi artıq yenidən cızılır.


ادامه مطلب
+ نوشته شده در  25 Jan 2008ساعت 3:23 PM  توسط samad joshgun  | 

İRANIN ARAŞDIRMALAR MƏRKƏZİ XƏZƏR DƏNİZİNİN ADINI DƏYİŞDİRMƏK İSTƏYİR

İran İslami Şura Məclisinin (parlament) Araşdırmalar Mərkəzi Xəzər dənizinin adının dəyişdirilməsi tələbi ilə çıxış edib.

 «Media forum» saytının məlumatına görə, təklifi Araşdırmalar Mərkəzinə parlamentin deputatı, sənaye və mədən komissiyasının üzvü Ramazanəli Sadıqzadə göndərib. Araşdırmalar Mərkəzi təklifi bəyənib. Deputatın təklifinə mərkəzdən verilən cavab məktubunda bildirilib ki, İranın şimalında yerləşən bu böyük hövzəyə ölkədə hamı «Xəzər» desə də, beynəlxalq aləmdə o, «Caspian sea» (Kaspi dənizi) adlanır, ərəblər isə onu «Bəhr-ül-Qəzvin» kimi tanıyırlar.

İran Araşdırmalar Mərkəzi Xəzər dənizinin müxtəlif adlarla tanınmasına ehtiyac olmadığını vurğulayaraq qeyd edib ki, bu dənizə onun tarixi mənşəyinə uyğun ad seçilməlidir.

Mərkəz bundan əvvəl də Xəzər dənizinin adının dəyişdirilməsinə yönəlmiş bir-iki təşəbbüsün olduğunu xatırladıb: «Dənizin adının dəyişdirilməsi üçün ilk təşəbbüs 1997-ci ildə olub. O vaxt İranın Nazirlər Kabineti dənizin daha çox İranla bağlı olduğuna işarə edərək ona «Mazandaran dənizi» adını verib. Lakin 2000-ci ildə beynəlxalq müqavilə və münasibətlərdə hər hansı anlaşılmazlığın qarşısını almaq üçün İran prezidenti Məhəmməd Xatəminin müavini Məhəmmədrza Arif dənizin əvvəlki adının (Xəzər və Kaspian) yenidən bərpa olunduğu barədə bütün hökumət dairələrinə göstəriş göndərib və xariclə bağlanan müqavilələrdə həmin adlardan istifadə olunmasını tapşırıb».

+ نوشته شده در  25 Jan 2008ساعت 3:20 PM  توسط samad joshgun  | 

AZƏRBAYCANIN TARİXÇİ DEPUTATLARININ XƏZƏRİN ADINI DƏYİŞDİRMƏK MƏSƏLƏSİNƏ MÜNASİBƏTİ


Tarix elmləri doktoru, professor, YAP-çı deputat Yaqub Mahmudov bildirib ki, Xəzər dənizi Xəzəryanı ölkələrdən heç birinə mənsub deyil: «Ona görə də birtərəfli qaydada Xəzərin adını heç kəs dəyişdirə bilməz və bu həm elmə, həm də beynəlxalq hüquq normalara ziddir».  


ادامه مطلب
+ نوشته شده در  25 Jan 2008ساعت 3:18 PM  توسط samad joshgun  | 

76f4e37e-3222-4606-9b1c-4899d02e1b3a_w220_s.jpg
 

«Fars» xəbər agentliyinin verdiyi məlumata görə İranın Nazirlər Kabineti Təbrizdə Ermənistanın baş konsulunun təsis edilməsinə müsbət münasibətini bildirib.

Layihəni İran prezidentinin birinci müavini ötən həftə ölkənin Xarici İşlər Nazirinə təqdim etmişdi.

Bu elə bir vaxta təsadüf edir ki, Ermənistan Respublikası İran Azərbaycanın bəzi sənaye sahələrinə sərmayə qoyuluşuna başlayıb.


ادامه مطلب
+ نوشته شده در  21 Jan 2008ساعت 2:23 PM  توسط samad joshgun  |