Tehranın Əmir-Kəbir Universitetində türk tələbələrin fars hakimiyyəti nümayəndələrinə sualları həyəcan yaratdı [8 dəfə oxunub]
Güneydən aldığımız məlumata əsasən 26 noyabr 2007-ci il tarixində Tehranın Əmir-Kəbir Universitetində İran fars dövləti “milli birlik” adı altında toplantı keçirmişdir. Bu toplantıya Təbriz parlament nümayəndəsi Əkbər Ələmi də qatılmalı idi.
Toplantıda İran prezidentinin müşaviri Ramin və Şukuhi şovinistlərin qəzeti olan “Camicəm” qəzetinin redaktor müavini iştirak edirdi. Türk tələbələrinin çoxluğunu təşkil edən bu toplantı toplantıdan çox məhkəməyə bənzəyirdi. Belə ki, Güney Azərbaycan türk tələbələri İran prezidentinin müşavirinə verdikləri sualları müşavirin və onun ətrafındakıları şok vəziyyətə salmışdır.
Tələbələr sual verirlər ki; hansı milli birlikdən söhbət edirsiz ki, 35 milyon Azərbaycan türkü öz dilində təhsil almaqdan, tarixini və mədəniyyətini öyrənməkdən məhrum edilib? Hansı milli birlikdən danışırsız ki, İran konstitusiyasının 15 və 19-cu maddəsi 30 il ərzində icra olunmayıb? Hansı milli birlikdən danışırsız ki, öz milli haqlarını tələb edən Azərbaycan türklərinə qarşı işgəncələr, həbslər, sürgünlər, silahlı basqın, şərləmə və böhtan atmalar, öz dilindən və tarixindən danışanlara Amerika, İsrail casusu və pantürkist damğası vurursuz, hansı milli birlikdən danışırsız ki, tarix boyu müsəlman-türk millətini torpaqlarını işğal edib və türklərə qarşı dəfələrlə soyqırım həyata keçirən ermənilərlə ağız-ağıza öpuşub iş birliyi qurursunuz və qonşuluqda olan qan qardaşlarımızı Dağlıq Qarabağı ermənilər tərəfindən işağl olunmasına göz yumursunuz, erməniləri hər bir şəraitlə istər iqtisadi, istərsə də siyasi cəhətdən dəstəkləyirsiniz. Bu hansı milli birlik və müsəlmanlığa sığır?!
Toplantının bir hissəsində prezidentin müşaviri “azəri” sözünü işlədən kimi türk tələbələri tərəfindən ciddi etirazla qarşılandı və zaldan – biz türkük, biz türkük deyən çoxlu sayda tələbənin səsi yüksəldi. Iran prezidentinin müşaviri bu toplantını keçirilməsində ciddi peşimanlıq keçirərək tələbələri ələ almaq üçün Qarabağ məsələsinə işarə edərək İran dövlətini və Əhmədinejatı son zamanlarda Dağlıq Qarabağı Azərbaycann bir hissəsi olduğuna işarə etmək istəyəndə türk tələbələri əsəbi şəkildə toplantı zalını tərk etməyə başladılar. Bu möhətəşəm toplantı həddindən artıq fars şovinistlərinin qorxusuna səbəb olaraq Güney Azərbaycanın milli hərəkatı tarixində özünəməxsus yer tutdu. Milli hərəkatın bundan sonra daha da iradəli və sarsılmaz olduğuna möhtəşəm istiqamət verir. Tehran Əmir-Kəbir Universitetindəki türkün iradəsinin qələbə çalmasını bütün türk millətini təbrik edirik.
Güney Azərbaycan Tələbə Milli Hərəkatı