تبليغاتX
GÜNEY AZERBAYCAN

GÜNEY AZERBAYCAN

Ne Mutlu Türküm Diyene

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğlu: "Güney Azərbaycana münasibətdə Tehran rejimi ilə onun müxalifəti eyni mövqedədir"

10.08.07

Hamımızın yaxşı tanıdığı Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğlu indi Avropada yaşayır. Bir neçə günlük Bakıya gələn Rəsuloğlu "Türküstan"ın qonağı oldu. Böyük bəylə söhbətimizdə bizi maraqlandıran bir sıra suallara cavab axtardıq.

- Böyük bəy, buradan gedəndən sonra nə işlə məşğulsunuz?

- Öncə, ürəyimin dərinliklərindən gələn sayğılarla soydaşlarımızı salamlayıram. Mən ailəmlə 1994-cü ildə Güney Azərbaycandan Bakıya gəldim. 10 il burada yaşadıq. Bu 10 il müddətində mən Quzey Azərbaycandakı soydaşlarımdan hörmət, ədəb və nəzakətdən başqa bir şey görmədim. Həddindən artıq sevinirəm ki, bu 10 ili Azərbaycanda yaşadım və mənim azərbaycançılıq təfəkkürümdə daha da möhkəm olan köklər yerləşdi. Və başa düşdüm ki, bizim nə qədər böyük millətimiz var. Burada mənim xeyli dostlarım var. Həm alimlər, aydınlar arasında, həm iqtidarda, həm müxalifətdə... 2004-cü ildə biz burdan gedəndə bəzi səbəblərdən onların hamısı ilə görüşə bilmədim. Bu insanların mənim boynumda haqqı çoxdur. Qəzetiniz vasitəsilə onların hamısına salamlarını çatdırıram. Bu gün Horveçdə yaşayıram və öz ixtisasım üzrə işləyirəm. Durumumuz yaxşıdır. Avropa ölkələrində yaşamaq çox rahatdır, gözəldir. Amma bir neçə gündür buradayam, mənəvi cəhətdən çox güclənmişəm. Bir daha Güneyli Quzeyli millətimizə öz salamlarımı çatdırıram.


ادامه مطلب
+ نوشته شده در  22 Aug 2007ساعت 10:43 PM  توسط samad joshgun  | 

İSTANBULDA BEYNƏLXALQ TÜRK DİLİ və ƏDƏBİYYATI KONQRESİ KEÇİRİLƏCƏK
2007-08-22 - 12:40:00

Avqustun 27-28-də İstanbulda Beynəlxalq Türk Dili və Ədəbiyyatı Konqresi keçirələcək. Tədbiri İstanbul Kültür Universiteti düzənləyir.

Kamil Vəli Nərimanoğlu

Dünyanın bir çox ölkələrindən türkoloqların, dilçi alimlərin, ədəbiyyatşünasların, şair və yazıçıların qatılacağı konqresdə çağdaş türk dili və ədəbiyyatının müxtəlif problemləri müzakirə olunacaq.

Konqresə professor Kamil Vəli Nərimanoğlu başda olmaqla Azərbaycan alimləri və söz adamları da dəvətlidir. Onların arasında yazıçı-publisist Uğurlu Fəxri də var. Azərbaycan Avrasiya Araşdırma Mərkəzinin başqanı K.V.Nərimanoğlu konqresdə «Türk poetikasının iki təməl qanunu» mövzusunda məruzə edəcək. Uğurlu Fəxrinin məruzəsində isə «Çağdaş Azərbaycan və türk nəsrinin poetika axtarışları» çözüləcək.

İstanbula dəvət almış və məruzələrlə çıxış edəcək digər Azərabacan təmsilçiləri Elmlər Akameyasının əməkdaşları Ağaverdi Xəlilov, Seyfəddin Rzasoy, Roida Rzayeva, Azərbaycan Pedaqoji Universitetinin professoru Minaxanım Nuriyevadır. Başqa bir azərbaycanlı alim konqresdə Şimali Kiprin Doğu Akdeniz Universitetini təmsil edəcək.

+ نوشته شده در  22 Aug 2007ساعت 10:27 PM  توسط samad joshgun  | 

MƏRHUM PREZİDENT ƏBÜLFƏZ ELÇİBƏYİN XATİRƏSİ ANILIB


2007-08-22 - 19:48:00

Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin vəfatından 7 il ötür.

Bu gün Ə.Elçibəyin ailə üzvləri, yaxınları Fəxri Xiyabanda onun qəbrini ziyarət ediblər.

Daha sonra Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Klassik Xalq Cəbhəsi partiyalarının üzvləri ziyarətə gəliblər.

«Turan»ın məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu anım mərasimində çıxış edərək deyib ki, Elçibəyin məzarı başında çoxları vədlər verib, amma onu yerinə yetirməyib. O indiyədək Ə.Elçibəyə eks-prezident statusunun verilməsi haqda qanun qəbul edilmədiyini xatırladıb və bunun ədalətsizlik olduğunu vurğulayıb.

Siyasətçilərdən başqa bu gün Ə.Elçibəyin qəbrini ayrı-ayrı vətəndaşlar da ziyarət ediblər.

Əvvəlki illərdən fərqli olaraq bu il anım mərasimi ilə əlaqədar mərhum dövlət başçısının evi qarşısında mağar qurulmayıb.

+ نوشته شده در  22 Aug 2007ساعت 10:26 PM  توسط samad joshgun  | 

İŞĞAL OLUNMUŞ TORPAQLARA DAİR MƏSƏLƏ BMT SESSİYASININ GÜNDƏLİYİNƏ SALINIB. HƏMSƏDRLƏRSƏ YENƏ GƏLİR
2007-08-22 - 16:01:00

«Azərbaycanın işğal olunmuş torpaqlarına və GUAM-a üzv dövlətlərin ərazilərindəki dondurulmuş münaqişələrə dair məsələlər BMT Baş Assambleyasının 62-ci sessiyasının gündəliyinə salınıb». Bunu jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

Elmar
Məmmədyarov

Məsələnin müzakirəyə nə vzaman çıxarılacağı barədə suala «bunu demək hələ tezdir» cavabı verən nazirin sözlərinə görə, GUAM-a üzv dövlətlər hələ məsələ ilə bağlı müzakirələri davam etdirirlər.

Sentyabrın 3-4-də isə Brüsseldə Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləriylə görüşü gözlənir. «Turan»ın məlumatına görə, nazir jurnalistlərə sentyabrın ortalarında həmsədrlərin əvvəlcə Yerevana, sonra isə Bakıya səfər edəcəklərini deyib. Bundan sonra xarici işlər nazirlərinin görüşünün olub-olmayacağı müəyyən ediləcək.

Nazir Praqa prosesinin davam etdirilməsini vacib saydığını, bunun üçün yollar axtarıldığını bildirib.

E.Məmmədyarov Dağlıq Qarabağın azərbaycanlı icması üzvlərinin bölgəyə səfərlərinin hazırlanmasını istəyir: «Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə bölgəyə getməli idi. İndi Piter Semnebi problem yarandığını deyir. İcma üzvləri Dağlıq Qarabağa gedərsə, bu, sülh prosesinə böyük bir kömək olar».

Nazir həmsədrlərin də icmalar arasında görüşlər keçirilməsini və Azərbaycan icmasının Dağlıq Qarabağa səfərlər etməsini dəstəklədiyini bildirib.

+ نوشته شده در  22 Aug 2007ساعت 10:20 PM  توسط samad joshgun  | 

POLİS DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN İRAN SƏFİRLİYİ QARŞISINDA PİKETİNƏ İMKAN VERMƏYİB


2007-08-22 - 13:12:00

İran prezidenti Mahmud Əhmədinejatın Bakıya səfərinə etiraz edən Dünya Azərbaycanlıları Konqresinin bu ölkənin səfirliyi qarşısında saat 12-də piket keçirməsinin qarşısı alınıb.

Əvvəlcədən səfirliyin binasını və ətraf ərazini nəzarətə götürən Bakı Şəhər və Səbayel Rayon Polis idarələrinin, Çevik Polis Alayının əməkdaşları aksiya iştirakçılarının bir yerə toplaşmasına belə imkan verməyiblər. Buna cəhd edən aksiya iştirakçılarının bir neçəsi «Bakı Soveti» metrostansiyasının və Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında saxlanılıblar. Polis və mülki geyimlilər istər foto, istərsə teleçəkiliş aparmaga qoymayığlar.

«Media forum»un ilkin informasiyalarına görə, piketə cəhd edənlərdən 9 nəfər saxlanılıb. Səbayel Rayon Polis İdarəsinin rəis müavini Kamil Vəlişov isə jurnalistlərə heç kəsin saxlanılmadığını bildirib. Saat 12:35-də AMİP sədrinin müavini Əli Orucov «Bakı Soveti» stansiyasının yaxınlığında jurnalistlərə onlarla aksiya iştirakçısının saxlanılması barədə məlumat verib. Həmin an K.Vəlişovun cöstərişi ilə polislər onu da saxlayıb naməlum istiqamətə aparıblar.

Aksiya ilə bağlı vətəndaşların uzun müddət İran səfirliyinin qarşısındakı ərazidən hərəkəti də qadağan edilib.

+ نوشته شده در  22 Aug 2007ساعت 10:17 PM  توسط samad joshgun  | 

AZƏRBAYCANLI  FƏAL YOXA ÇIXIB


2007-08-22 - 14:10:00

Avqustun 19-da İranda azərbaycanlı fəal, ixtisasca mühəndis olan Abdulla Abbasi birdən-birə yoxa çıxıb. Onun ETTELAAT əməkdaşları tərəfindən tutulduğu güman edilir.

Güney mənbələrindən «Media forum» saytına verilən məlumata görə, həbsdə saxlanan bir qrup milli fəala vəkillik etmiş Saleh Kamraninin həbsindən sonra digər fəallara qarşı təzyiqlər artıb, həbslər genişlənib.

Mühəndislər Birliyinin üzvü olan 36 yaşlı A.Abbasi milli hüquqlar və insan hüquqları üğrunda apardığı mübarizəsinə görə tanınan bir şəxsdir.

Hələ ki, Abbasinin harda olduğu barədə heç bir məlumat yoxdur.

+ نوشته شده در  22 Aug 2007ساعت 10:15 PM  توسط samad joshgun  | 

AZƏRBAYCANLA İRAN ARASINDA BİR BƏYANAT və DÖRD MEMORANDUM İMZALANIB
2007-08-22 - 10:25:00



Avqustun 21-də Prezident sarayında Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Mahmud Əhmədinejadın geniş tərkibdə görüşündən sonra Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub.

Mərasimdə beş sənəd – bir bəyanat və dörd memorandum imzalanıb: Azərbaycan Respublikası və İran İslam Respublikası arasında birgə bəyanat, Azərbaycanın Nəqliyyat Nazirliyi və İranın Yol və Nəqliyyat Nazirliyi arasında «Bakı-Naxçıvan-Bakı» müntəzəm avtobus marşrutunun açılması haqqında anlaşma memorandumu, Azərbaycan hökuməti və İran hökuməti arasında Culfa (Azərbaycan)–Culfa (İran) avtomobil körpüsünün inşa edilməsi haqqında memorandum, Ordubad və Marazad su elektrik stansiyalarının tikintisinə dair anlaşma memorandumu, Şahtaxtı və Poldəşt sərhəd keçid məntəqələrinə beynəlxalq status verilməsi haqqında memorandum imzalanıb.

+ نوشته شده در  22 Aug 2007ساعت 10:12 PM  توسط samad joshgun  | 

"Heydərbaba" qəzetinin türk bölümü qapadıldı

Təbrizdə nəşr olunan "Heydərbaba" qəzetinin türk bölümü dünən pantürkist fəaliyyətdə ittiham olunaraq qapadılıb. "Yarpaq" qəzetinin redaktoru Səid Muğanlının verdiyi məlumata görə, qəzet bir müddət öncə türk dilində şeir müsabiqəsi keçirib. Müsabiqədə 10-a yaxın milliyyətcə Azərbaycan türkü olan şair mükafatlandırılıb. İran dövləti isə belə müsabiqələrin keçirilməsini türkçülüyün təbliği kimi qələmə verərək, qəzetin türk bölümünün bağlanması haqda qərar verib.

+ نوشته شده در  6 Aug 2007ساعت 10:33 PM  توسط samad joshgun  | 

Bizim mübarizəmiz fars xalqı ilə deyil"

Güneyli soydaşımız: "İndi İran hakimiyyəti Amerikadan çox Güney Hərəkatından qorxur"

Bu günlərdə redaksiyamızın daha bir güneyli qonağı olub. Savalan Kəleybər Güney Azərbaycanın Qaradağ mahalındandır. Onunla söhbətimizdə Güney Azərbaycanda hazırkı ictimai-siyasi durum, ümumən İranda baş verən proseslər barədə danışdıq.

- 22 may hadisələrinin ildönümündən və Babəki anım günündən sonra Güneydə vəziyyət necədir? Bu tarixi hadisələrlə bağlı anım tədbirlərinə imkan verilməməsi Quzeydə də üzüntü ilə qarşılanıb.


ادامه مطلب
+ نوشته شده در  6 Aug 2007ساعت 10:30 PM  توسط samad joshgun  | 

Dünya Azərbaycanlıları Konqresin sədri Qulamrza Səbri-Təbrizi: " DAK-ların birləşməsində israrlıyam"

"İmkanlı soydaşlarımız milli hərəkatımıza dəstək verməlidirlər"
Professor Qulamrza Səbri-Təbrizi bir aya yaxındır Dünya Azərbaycanlıları Konqresinin sədridir. Bir neçə gün öncə Qulamrza bəylə görüşdük və gələcək planları ilə bağlı onunla söhbətləşdik.

- Sayın professor, DAK sədri seçiləndən sonrakı bu qısa dönəmi necə qiymətnəldirirsiniz? Görüləsi işlər çoxdurmu?

- Hələ qurultayın yorğunluğu çıxmayıb. Bununla belə, daha çox işlər görəcəyimizə ümidvaram. Biz hələ yeni strukturumuzu, əsasnaməmizi, nizamnaməmizi tətbiq etməyə başlayırıq. Kimlər bizə köməklik edə bilər, özümüz nələri etməliyik kimi məsələləri müzakirə edirik. Avqustun 3-də Bakıda DAK-ın İdarə Heyətinin iclasını toplamaq niyyətindəyik.


ادامه مطلب
+ نوشته شده در  6 Aug 2007ساعت 10:26 PM  توسط samad joshgun  | 

Barı 35 milyon türkdən utan

İranın prezidenti Mahmud Əhmədinecad keçən həftə Suriyaya müşərrəf olub, XİN başçısı M.Müttəki isə Ermənistana.
Birinci Suriyadan başlayaq. Suriya indi yox, şah rejiminin zamanından mollalar və terrorist qruplarla əməkdaşlıq edir. "İnqilabın pərdəsi arxasında" adlı bir kitab var. Müəllifi İranın bir nömrəli terroristi Cəfər Şəfidir. Xaricə qaçandan sonra bu kitabda hər şeyi etiraf etdi.
Bu görüşdə iki ölkə prezidenti arasında iqtisadi baxımdam heç bir söz-söhbət getmədi. Əhmədinecad ABŞ və Avropa Birliyinin islam ölkələrinə düşmən olduğunu, İsrailin aradan qaldırılmasını və digər söhbətləri suriyalılara bir daha xatırlatmaq üçün gedib qayıtdı. Sən İranın müttəfiqlərimizə bir bax: Suriya və Ermənistan. İki terrorist ölkə!
Qayıdaq Ermənistan məsələsinə. Hələ Təbrizdə erməni-fars dostluğu abidəsi tikiləcək. Yəni əslində bir heykəl yonacaqlar. Iki birləşmiş adam heykəli. Üzünün bir tərəfi erməni və digər tərəfi isə fars olacaq və üstündə yazılacaq: "Farslarla ermənilərin qardaşlığı pozulmazdır". Bəli! Bu iki ölkənin qardaşlıq əhdi unudulmaz, yoldaşlıq peymanları pozulmazdır. İran hakimiyyəti heç olmasa İranda yaşayan 35 milyon türkdən utanmalıdır. Ermənilər həmən İran türklərinin bu tayda yaşayan soydaşlarının 20% torpaqlarını işğal edib, kütləvi soyqırımlar törədib, bu ölkənin terrorçuları, daşnakları və qansız quldurları bizim ana-bacımızı didərgin qoyub. Faşist erməni ilə bizim nə alış-verişimiz ola bilər? Mən güneyli olduğumdan, həqiqətən, utanıram. Axı mənim soydaşlarıma təcavüz edən erməniyə sən heç olmasa mənə görə - 35 milyon türkə görə düşmən gözündə baxmalısan. Sənə kim icazə verib, erməni abidəsini ana torpağımızın gözündə, ulu Təbriz diyarında qaldırasan? Kim sənə bu haqqı verib? Yaxşı, tutalım sənin türk vətəndaşlara heç bir hörmətin yoxdu. Axı sən müsəlmansan. Ermənilər işğal etdiyi ərazinin məscidlərini donuz bəsləmək üçün istifadə edirlər. Məscidlərin hörmətini aradan qaldırırlar. Məscidə murdar donuz bağlayırlar! Sən necə müsəlmansan? Sən necə islamdan danışırsan?! Sən məni qul elədin, bəs deyil, barı quzeyli soydaşlarımın yarasına duz tökməyindən utan. Onlar sənin soyundan olmasalar, fars da olmasalar, heç olmasa sənin kimi müsəlmandırlar. Müsəlmanın düşməni ilə dostluq qurmaq nə deməkdir? Yəni sən özün də müsəlman deyilsən!



Oxtay Təbrizli

+ نوشته شده در  6 Aug 2007ساعت 10:24 PM  توسط samad joshgun  | 

sulduzda həlak olanların ailələrinə heç bir izahat verilmir

دوشنبه,۱۵ مرداد ۱۳۸۶

Əbülfəzl Paşaoğlu

«Urmu News» xəbər saytının məlumatına görə Ulduzda dinc nümayişlər zamanı güllələnən 17 yaşlı Hüseyn Fəthipur, 25 yaşlı Tohid Azəriyun, 35 yaşlı Hümmət İsmizadə və 39 yaşlı Əsgər Qasiminin valideynləri bütün təhdidlərə rəğmən hadisədən dərhal sonra məsələnin tədqiq edilməsi üçün müxtəlif hökumət orqanlarına müraciət etmişdilər. Onlar silahsız əhalinin üzərinə atəş açan vəzifəli şəxslərin qanun qarşısında məsuliyyət daşıması və bu haqda məhkəmə işi qaldırılmasını tələb etmişdilər. Lakin, onların ardıcıl məktub və müraciətləri bu günə qədər cavabsız qalır, yerli vəkillər onları təmsil etməkdən çəkinir və İranın rəsmi mətbuatı da bu haqda susur.

 

Bir il bundan əvvəl İranın rəsmi hökumət qəzetinin bəzi karikaturalarla azərbaycanlıları təhqir etməsi ölkənin bütün Azərbaycan şəhərlərində kütləvi etirazlara səbəb olmuşdu. Həmin vaxt Sulduz şəhərində polis və silahlı dəstələrin nümayişçilərə atəş açması nəticəsində 20-ə yaxın insanın güllələndiyi söylənilsə də İranın rəsmi dövlət televiziyası ilk əvvəl altı vətəndaşın, daha sonra dörd nəfərin öldürüldüyünü bildirmişdi.

Həlak olanlardan üçü-Hüseyn Fəthipur, Himmət İsmizadə və Tohid Azəriyunun Sulduzun «Şəhidlər Məzarında» torpağa tapşırılıb. Əsgər Qasiminin məzarı isə Sulduzun yaxınlığındakı Məmmədyar qəsəbəsində yerləşir.

Həlak olanlardan gənc şair Tohid Azəriyunun anası «Urmu News» xəbər saytına verdiyi müsahibədə oğlunun nümayişlər günü həlak olduğu, lakin onun meyitinin ailəsindən gizlədildiyini bildirib. Onun dediyinə görə təhlükəsizlik orqanları hadisənin sabahısı gün ona yalnız bir neçə saniyə oğlunun meyitini görməyə icazə vermişdilər.

Həlak olanların cəsədləri ailə üzvlərinin israrından sonra onlara təhvil verilmişdi və dəfn mərasimi də ciddi təhlükəsizlik tədbirləri və silahlı qüvvələrin nəzarəti altında keçirilmişdi.

Sulduzda 24 may hadisələrinin ilk anım mərasimində şəhər əhalisinin həlak olanların məzarı üstə toplaşdığı vaxt 30-a yaxın insan nəzarət altına alınmışdı. Onların çoxu az sonra azad edilsə də bir neçəsinin taleyi bu günə qədər bilinmir.

http://azadliq.org/Article/2007/08/03/20070803123326533.html

+ نوشته شده در  6 Aug 2007ساعت 10:7 PM  توسط samad joshgun  | 

İran hızlı çıktı

جمعه,۵ مرداد ۱۳۸۶

Tahran sanki ‘kayıp yılları’ telafi etmek istercesine ivedi bir şekilde ABD ile ilişkilerin seviyesini arttırmak istiyor. İran Dışişleri Bakanı Manuçehr Mutteki, Irak konusunda daha üst düzey görüşmeler için ABD tarafından “resmi talep” gelmesi durumunda, “gerekli çalışmalara başlanabileceğini” belirtti.


ادامه مطلب
+ نوشته شده در  28 Jul 2007ساعت 12:44 PM  توسط samad joshgun  | 

BİLDİRİŞ

جمعه,۵ مرداد ۱۳۸۶

Azərbaycan Fedrasiyonu-İsveç(AFİ) şifahi xalq ədəbiyyatımız ilə ilgili fəaliyyət göstərmiş insanlarımıza(Azərbaycan folklorşünaslığının fədailəri)  həsr olunan elimi seminarın keçirilməsini planlaşdırmışdır.  O üzdən bütün vətədaşlardan ki, qonu ilə ilgili məqalə yaxud yazıları var dəvət olunur Mail vasitəsilə yazılarını  azfi_media@yahoo.com E.adresinə göndərsinlər. Yazılar hətmən latin alfabetilə yazılmalıdır.

Seçilmiş məqalələr və yazılar ” folklor üzrə seçilmiş yazılar”  adlı kitabda çap olunacaq.

 
+ نوشته شده در  28 Jul 2007ساعت 12:41 PM  توسط samad joshgun  | 

DALĞA Gənclər Hərəkatında Rəsmi Açıqlama

جمعه,۵ مرداد ۱۳۸۶

22 iyul Mətbuat günü münasibəti ilə Dalğa Gənclər Hərakatının üzvləri “Azad mətbuatı yaşadaq” adlı aksiya keçiriblər. Öncədən mətbuatda elan olunduğu kimi, aksiya dinc xarakter daşıyırdı. Saat 18.00-da başlanan aksiya 20-00-da başa çatmalıydı. Aksiya iştirakçıları əllərində istədikləri qəzetləri tutub sakitcə oxumağı və bununla da son yarım ildə durumu kəskin pisləşən Azərbaycan mətbuatı ilə həmrəylik nümayiş etdirməyi planlaşdırmışdılar.

Aksiyanın keçiriləcək yeri və vaxtı barədə mediada öncədən məlumat verməklə yanaşı, Bakı sakinləri arasında aksiyaya çağırışdan ibarət olan 6 min vərəqə yaymışdir.

Təyin olunan vaxtda onlarla dalğaçı və aksiyaya dəstək verənlər Fəvvarələr bağına yığışdı. Və öncədən planlaşdırıldığı kimi aksiya iştirakçıları heç bir şüar səsləndirmədən, heç bir hərəkət etmədən qəzet oxumağa başladılar. Amma Bakı Şəhər Polis İdarəsinin çoxlu sayda əməkdaşı da bağın əhatəyə almışdılar.

Aksiya iştirakçıları polislər tərəfindən böyük basqıya məruz qaldı. Polsilər aksiya iştirakçılarının əllərindən qəzetləri alıb cıraraq, təhqir edərək, kobudcasına hadisə yerindən uzaqlaşdırılmağa başladılar. Hətta polislər xanımları belə təhqir etməyə başladılar. Bu zaman polislərin kobudluğuna sözlə etiraz edən Dalğa Gənclər Hərəkatının sədri Ülvi Həsənliyə hücum çəkən polislər  onu təhqir edərək  döyməyə başladılar. Bununla yanaşı hərəkatın digər fəallarına da zor tətbiq edirdilər.  Polislər xanımlara belə zor tətbiq etməkdən çəkinmirdirlər. Hadisə yerində foto çəkilişlər aparan DİP Gənclər Təşkilatının sədri Ramin Hacılıda polislər tərəfindən döyülərək, Dalğa GH-nin sədri Ülvi Həsənli ilə birlikdə zorla polis maşınına mindirilərək  9-cu bölməyə aparıldılar.

Ülvi Həsənli və Ramin Hacılı 2 saat polis bölməsində saxlandıqdan sonra birdə qəzet oxumamaları barədə xəbərdar edilmiş və azadlığa buraxılmışlar.

/DALĞA GH /

+ نوشته شده در  28 Jul 2007ساعت 12:38 PM  توسط samad joshgun  | 

Türkiye, Ermenistan’a giden silahların Boğaz’dan geçişine izin vermedi

شنبه,۶ مرداد ۱۳۸۶
Türkiye’nin Arnavutluk’tan Ermenistan’a gönderilen silahların Boğazlardan geçişine izin vermediği ve ağır silahlarla yüklü gemiyi geri çevirdiği bildirildi.
Azerbaycan basınında çıkan haberlere göre Türkiye, boğazlardan geçmek isteyen silah dolu bir Arnavutluk gemisini geri gönderdi. Arnavutluk Başbakanı Sali Berişa’nın “Ankara’daki yetkililer geminin Boğazlardan geçişine izin vermedi. (Gemi) geri döndü” dediği kaydedildi.
Berişa, “Türk yetkililer, Arnavutluk’tan Ermenistan’a gönderilen yüklü miktarda silahın transit geçişine izin vermedi. Arnavut gemisini, kargosuyla beraber geri dönmeye zorladılar” dedi.
GEMİDE 60 KONTEYNER AĞIR SİLAH VARDI
Arnavutluk Başbakanı, çoğunluğu ağır toplardan oluşan konteynırlar dolusu silah yüklü bir geminin Durres limanında olduğunu söyledi. 60 konteyner dolusu silah taşıyan geminin Durres’ten İstanbul’a geldiği ve Ermenistan’a gitmek istediği kaydedildi.
Bir süre önce Ermenistan Savunma Bakanlığı yetkililerinin, Arnavutluk Savunma Bakanlığı ile irtibata geçtiği, yüklü miktarda kara ve uçaksavar topu istediği bildirildi. Haberde, topların kalibrelerinin de 75 milimetre’den 122 milimetreye tadar değiştiği ifade edildi.
“SATIŞ YASALARA UYGUN YAPILDI”
Arnavutluk Savunma Bakanlığı’nın, silahların satışı için MEIKO isimli bir şirkete izin verdiği kaydedilirken, şirket yetkilileri Arnuvutluk’un Ermenistan ile Azerbaycan arasındaki sorunlara müdahil olmadığını söyledi.
Şirket yetkilileri, “Arnavutluk, Ermenistan’a silahları yasalara uygun olarak satıldığını ve bütün yasal prosedürlerin uyguladığını belirttiler.(ANKA)
+ نوشته شده در  28 Jul 2007ساعت 12:35 PM  توسط samad joshgun  | 

DAK ve Birleshme

سه شنبه,۲ مرداد ۱۳۸۶

1989-cu ilin fevral ayinda bir neche azerbaycanlilarla bir teshkilat qurmaqi dushunurduk. Hemin gunlerde Bakidan “VETEN CEMIYYETI” terefinden teshkilatlanmish bir musiqi kollektivi Amerikaya gelmishdi. Biz onlari gorende sevindiyimizden ne edeceyimizi bilmirdik. Hemin qrupun bashchilarindan biri Huseyn bey Heyderov bize bir neche  sual verdi. O cumleden Amerikada ne qeder soydashimizin yashamasi haqqinda maraqlandi. “Deyilenlere gore besh yuz min ola biler” - dedik.  “Bes neden bir guclu teshkilatiniz yoxdur?” - deye sorushduqunda ise, bu suala cavabimiz olmadi.

Demokratik DAK-in  beynalxalq elaqeler mesulu
Ahmed Obali


ادامه مطلب
+ نوشته شده در  25 Jul 2007ساعت 9:23 PM  توسط samad joshgun  |