| ||
| ||
| ||
| ||
| |
|
Ey Türk titre ve uyan
Ey Türk titre ve uyan
Kaçacak delik arar Türk’ün adını duyan
Unutma güven ceddine
Türk’e kefen giydirmek
Türklük bir şereftir, bu şeref atalarımızdan bize miras olarak kalmıştır. Bu şeref için yüz binlerce yiğit gözünü kırpmadan canını vermekten çekinmemiştir. Ve maalesef şerefsiz ve alçak düşmanlarımızca on binlerce masum kadın ve çocuğumuz katledilmiştir. Ama sonuçta BİZ ŞERFLİYİZ ÇÜNKÜ BİZ TÜRKÜZ.
Kan akan
Kırmızıdır damardan kan akan
Biz Türk’üz şerefliyiz
Hocalı alırız öcünü kana kan.
Irak Türkmen Elinden
Kardeşiniz ERCAN AGA
| |
|
| 600 TÜRKÇE ADA 600 DAVA! |

Fars rejimi Güney Azerbaycan'da son bir sene içerisinde Türkçe ad taşıyan en az 600 işyeri hakkında dava açtı ve adların Farsça'ya çevrilmesini istedi. Ahmedinecat yönetimi Türkçe adlara konan yasağı yalanlıyordu...

hakimiyətinin işidə buna bənzər olubdur. Daha bir il deyildir ki Azərbaycanlı deputat, Əkbər Ələmi İran adlanan ölkənin Təbriz və ətrafda yürütdügü Türk adlarına qadağalara etiraz etdi və etirazında cavab aldı ki elə bir şey yoxdur! Ama, dünən Təbrizdə iş başında olan satqınların açıqlanması bəlli etdi ki o sözlər hamısı yalanmış və ötən ildən bu günə ən azı 600 iş yeri Türk adı seçmək suçundan məhkəməlik olublar!
BayBak-ə gələn bilgilərə görə Türk adı seçən iş yerlərinə məktubla bildiri və ardından məhkəmə qərarı göndərilir. Adlarının Türkcədən Farscaya çevrilməsi tələb olunan şirkətlərin bir çoxu bu işə boyun əiyblər, ancaq yaxlaşıq 50 mağaza adların dəiyşməmək suçundan çalışma icazələrin əldən verib və mağazanı bağlamağ məcburiyətində qalıblar. BayBak hər zaman təkrar edibdir ki Fars hakimiyətindən olan bir sıra boş söz danışan şəxslərin ipilə quyuya düşmək ağılli iş dəiyldir. Əgər ötən il Azərbaycanlıların Türk adlarına Farslar tərəfindən ihanət olunmasına etirazların önü yalan vədlərlə alınmasaydı, demək bu gün ən azından 600 mağazanın adı Türkcədə qalmışdı. Fars adlarına özən vermək ən çox Azərbaycanda uyqulanmaqdadır. Kürdlərin ad seçmələrinə heç bir irad tutmayan Fars şovonistləri, Azərbaycan üçün iki qurum yaradıblar ta seçilən adların tam Fars olduğundan əmin olsunlar. Belə ihanətçi işlərə sakit qalmağla, Azərbaycan Milli Hərəkatında hər hansı bir ilərləmə olmayacağına hər kəs etiraf edir. Ama, bu kimi durumlarda kimə inanmağ olacaqdır? Son zamanlarda gələcək seçki adaylarından birinin rəklamına başlayan bəzi bilgisiz və ya dağıtıcı şəxslər bilməlidirlər ki “İt iti ısırmaz”. Azərbaycana Türk millətçiliginə inanmayan bir şəxs heç bir zaman örək yandıra bilməyəcək. Özəlliklədə, əgər əli Fars şovonistlərilə bir kasada olsa, o şəxsdən zərərdən başqa bir şey Azərbaycan Milli Hərəkatına gəlməyəcəkdir!ğ BayBak xatırladır ki Azərbaycanda Türk adlarına saldırı ən azı 8 il bundan əvvəldən rəsmi olaraq başlatılıb və günümüzədək davam etdirməkdədir. Azacığ etirazlarda dayandırılmış kimi görünsədə, əslində kökümüzü daha dərin qazmaqdadır.
www.dak.az
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Dekabrın 31-i artıq 17 ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri qırıb dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı - bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.
Daha sonra 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı – Dünya Azərbaycanlıların Həmrəylik Günü elan olunub. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilir. //APA
İran və İsrailin Azərbaycandakı səfirlikləri qarşısında etiraz aksiyası keçirilib
Aksiya zamanı saxlanlanlar olub
Bu gün Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyalar İran və İsrailin Azərbaycandakı səfirlikləri qarşısında etiraz aksiyası keçirib. Verilən məlumata görə, DUİ üzvləri əvvəlcə İran səfirliyi qarşısında toplaşaraq, İranda yaşayan azərbaycanlılarla həmrəylik nümayiş etdirib, soydaşlarımızın hüquqlarının pozulmasına etiraz ediblər. Lakin Səbayel rayon Polis İdarəsinin əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıblar. Buna baxmayaraq, aksiyanın qətnaməsi səfirliyə təqdim olunub. Polis aksiya iştirakçılarından 4 nəfəri saxlayıb. Saxlanılanlar arasında DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Bəybala Əbil və Elman Türkoğlu da var. Lakin polis 30 dəqiqədən sonra saxlanılanları sərbəst buraxıb.
Bunun ardınca isə İsrail səfirliyi qarşısında aksiya keçirilib. Qəzzada günahsız müsəlmanların öldürülməsinə etiraz xarakteri daşıyan aksiya insidentsiz ötüşüb. Aksiya iştirakçıları qətnaməni səfirliyə təqdim ediblər.
Qeyd edək ki, DUİ-yə Klassik Xalq Cəbhəsi, Milli Demokrat, Azadlıq, Böyük Azərbaycan və Xalq partiyaları daxildir. // APA
Mən türkəm» deyəni məhbus edirlər
«Əslində bunlar heç bizə millət gözündə baxmırlar»
Aydın Xaceinin ailəsi onun harada saxlandığını Ettelaatın Təbrizdəki təcridxanasından məhbus üçün paltar gətirmələri xahiş olunanda öyrənib.
«Mənim qardaşımı Ettelaat oğurlayıb. Özbaşlarına oğurlayıblar. Heç bir sənəd də göstərməyiblər. Gəldilər evimizə tökülüb, axtardılar, amma heç nə tapa bilmədilər. Əsli Kərəm nağılını, İran türklərinin tarixi kitabını götürdülər, bizə də başqa məlumat verməyiblər ki, nə üçün tutublar, niyə tutublar, neçə gün qalmalıdı...»
Məhbusun qardaşı Ramin Xacei deyir ki, həbsə səbəb Aydın bəyin milli hüquqlar uğrunda mübarizə aparmasıdır.
Ramin Xaceinin sözlərinə görə, onun qardaşı bundan əvvəl milli hüquqlar uğrunda mübarizəsinə görə iki semestr tədrisdən uzaqlaşdırılıb. Elə Səccad Radmehr də magistrlik işini altı aylıq qadağadan sonra müdafiə edə bilib. Səccad Radmehrin təhsil hüququnun pozulması ilə bağlı İran Azərbaycanındakı Universitetlərdə imza kampaniyası başlanmış, tələbənin özü və dostları onun imtahana buraxılması tələbilə bir neçə gün aclıq aksiyası keçirmişdi. Geniş miqyaslı kampaniya nəticəsində Universitetin rəhbərliyi Səccad Radmehrin buraxılış imtahanına və müdafiəyə girməsinə icazə vermişdi. Lakin tələbənin sevinci elə müdafiədən həbsə qədər – bir neçə dəqiqə sürməliymiş.
Ramin Xacei deyir ki, qardaşının və dostlarının təhsildə olan problemləri də elə Azərbaycan mədəniyyətini təbliğ edən dərnəklərdə üzvlüyü ilə bağlı olub.
Səccad Radmehrin bacısı İlahe Radmehr 2006-cı ilin may hadisələrindən sonra tələbələrə qarşı təzyiqlərin artdığını deyir.
İlahə Radmehr:
«Əslində bunlar heç bizə millət gözündə baxmırlar. Bunlar bizim – 30 milyon azərbaycanlının dilini yerli-dibli danırlar. Deyirlər, sizin diliniz Pəhləvidən gəlmiş dildi, haqqınız yoxdu, deyəsiniz «mənim dilim var», bu danılmalıdı, aradan getməlidi. Hər kimsə istəsə də, bunun qabağında dayansın, bunlar onu öz gücləri ilə aradan götürməyə çalışırlar. Bu yolda da çoxlarını öldürüblər. Bir neçə həftə bundan qabaq Aydın bəyin yoldaşlarından biri Fərhad Mohseninin ölüsünü göldən tapdıq. Onu da Ettelaat oğurlamışdı».
Daha öncə həbs olunmuş milli hüquqlar uğrunda fəal Fərhad Mohseninin bir neçə həftə öncə meyitinin tapılmasını xatırladan cənab Xacei deyir ki, qardaşının başına bir iş gələrsə, nə edəcəklərini bilmir:
«Bəşəri hüquq ayaq altında tapdanır burda. Ona görə də, dəqiq bilinmir, bunlar bir şey edəcək Aydıngilə, ya yox. Amma bir dəfə zəng olub evə, ondan bilirik ki, hələ diridi. Amma bilmirik sonra başına nə gəlir. Anamız çox israr edir ki, heç olmasa, oğlumu görüm, bilim ki, diridi. Amma burda görüş qadağandı».
İlahə Radmehr deyir ki, onun qardaşının məqsədi sadəcə insan kimi yaşamaqdır. «İnsaniyyətin bütün qaydalarına uyğun yaşamaq qardaşımın hədəfi, inamıdır».
| ||
| ||
| |
|
| |
|
|
yapılan açıklamada, üye ülkelerdeki ekonomik büyümenin, bu yılın Ocak-Nisan aylarında ortalama yüzde 8 olarak gerçekleştiği bildirildi. |
| ATATÜRK'ÜN TÜRK DÜNYASI HARİTASI |

Atatürk'ün 26 Kasım 1930'da Samsun'da bir ortaokulun coğrafya dersinde çekilmiş olan fotoğrafın Türk dünyasına verdiği önemin en büyük göstergesi olduğunu anlatan Kantarcı, şunları söyledi:
''Bugün pek bilinmeyen bu fotoğrafta Atatürk bir öğrenciye geniş bir coğrafyada Türk dünyasının bulunduğu bölgeyi yuvarlak içine alarak göstermesi dikkat çekicidir. Bu fotoğrafı iyi okumalı ve Türk dünyasına büyük önem vermeliyiz. Bulunduğumuz coğrafyada daha etkin bir ülke olmak için diğer Türk devletleriyle ortak hareket edecek çalışmaları artırmalıyız. Avrupa Birliği yolunda engellerle karşılaşan Türkiye, Türk dünyası ile geliştireceği işbirliği ile tüm bu engelleri rahatlıkla aşabilir.''
Atatürk Türk Dünyası'nı haritada anlatıyor
-ATATÜRK'ÜN SÖYLEMEDİĞİ İDDİA EDİLEN SÖZLER-
Bazı bilim adamlarının, Atatürk'ün Cumhuriyetin 10 yılı olan 1933'te bir söyleşi sırasında sarf ettiği, ''Bugün Sovyetler Birliği dostumuzdur, komşumuzdur, müttefikimizdir. Fakat o da tıpkı Avusturya-Macaristan İmparatorluğu gibi dağılabilir. Sovyetler Birliği'nin dağılmasıyla elinde sımsıkı tuttuğu uluslar avuçlarından kaçabilirler. Dünya yeni bir dengeye ulaşabilir. İşte o zaman Türkiye ne yapacağını bilmelidir. Bizim bu dostumuzun idaresinde dili bir, inancı bir, özü bir kardeşlerimiz vardır. Onlara sahip çıkmaya hazır olmalıyız. Hazır olmak, yalnız o günü susup beklemek değildir. Hazırlanmak lazımdır. Milletler buna nasıl hazırlanır? Manevi köprülerini sağlam tutarak. Dil bir köprüdür, inanç bir köprüdür, tarih bir köprüdür. Köklerimize inmeli ve olayların böldüğü tarihimizin içinde bütünleşmeliyiz. Onların bize yaklaşmasını bekleyemeyiz. Bizim onlara yaklaşmamız gereklidir'' şeklindeki sözlerinin bulunmadığı iddiasına da en iyi cevabın Samsun'da çekilen fotoğraf olduğunu kaydeden Kantarcı, şöyle devam etti:
''Mustafa Kemal Atatürk, 26 Kasım 1930'da Samsun'da bir ortaokulun coğrafya dersinde Avrasya haritası başında üzerinde Türk Dünyası'nın keskin çizgilerle gösterildiği harita da yanındaki öğrenci ile olan diyaloğunu gösteren bu muhteşem resim, Atatürk'ün 1933 yılındaki sözü 'söyledi mi söylemedi mi?' tartışmasını kesin olarak bitirmektedir. Başlı başına bu resim bile Atatürk'ün Türk Dünyası ile görüşünün muhteşem tablosu olarak bu tartışmalara en güzel noktayı koymaktadır.''
-ATATÜRK DÖNEMİNDE COĞRAFYA KİTAPLARINDA KULLANILMIŞ-
Atatürk'ün fotoğrafları arasında yer alan fakat ilgililerinin dışında pek bilinmeyen harita başındaki Atatürk ve öğrenci fotoğrafının bir dönem coğrafya kitaplarında bulunduğunu anlatan Kantarcı, ''Atatürk döneminden sonra bu fotoğraf coğrafya kitaplarında çıkarılmıştır. Halbuki bu fotoğraf tüm coğrafya kitaplarında bulunmalıdır'' şeklinde konuştu.
TÜRK DÜNYASI ÇOCUKLARI BİRARADA
|
büyük bir coşku içerisinde yapıldı. Sögütlüçeşme Caddesi üzerinde toplanan 32 Türk Cumhuriyeti'nden 44 grup, yöresel kıyafetleri ve bayraklarıyla İskele Meydanı'na doğru yürüyüşe geçti. 21 Mayıs- 15 Haziran tarihlerinde Cumhurbaşkanı Abdullah Gül'ün himayesinde yapılan şölenin asıl etkinliği 4 Haziran'da Beşiktaş İnönü Stadyumu'nda gerçekleşecek. Şölenin açılışını, TBMM Başkanı Köksal Toptan yapacak. ![]() Türk Dünyası Araştırmaları Vakfı internet sitesi www.turan.org da yer alan Türk Dünyası Çocuk Şenliği ile ilgili açıklama: Türk Dünyası'nın geleceği olan çocuklarımızı tabiki unutmadık. Türkiye Cumhuriyeti Devleti'nin düzenlemiş olduğu 23 Nisan çocuk şenliğine, Birleşmiş Milletler'e üye devlet olmadığı için katılamayan Türk Dünyası çocukları bunun burukluğunu, acısını, boynu büküklüğünü yaşıyorlardı. "Biz çocuk değil miyiz?" sorularına cevap bulamıyorduk. Bu sebepten dolayı, Türk Dünyası çocuklarına yönelik bir şölen düzenleme kararı verdik. Bu kararı verirken kesinlikle 23 Nisan çocuk şenliğine alternatif olma gayesi güdülmemiştir. Amacımız;Türk Dünyası çocuklarının tanışma, kaynaşma, birbirlerini tanıma, Türk aile yapısını tanıma, Türk insanını, müzelerimizi, saraylarımızı ve Sovyet rejiminin kendilerine öğrettiği "geri, pis, barbar, görgüsüz Türk" imajını yok etmek, gerçek Türk insanının, misafirperverliğini öğretmek; ülkelerine döndüklerinde gördüklerini anlatabilme şuurunu yerleştirmektir. İlki Mayıs 1995 tarihinde gerçekleştirilen "Türk Dünyası Çocuk Şöleni", o tarihten itibaren geleneksel hale getirilmiş ve 1999 yılında 5'incisi düzenlenmiştir. Düzenlendiği tarihten itibaren 2000 çocuk bu şölene katılmış, ortalama 2000 aileye misafir olmuşlardır. Bu çocukların misafir oldukları ailelerde gördükleri ilgi neticesinde, ülkelerine döndüklerinde Türkiye'yi hatırlamamaları, aileleri unutmaları mümkün mü? Rakamlar dikkate alındığında; yapılan faaliyetin büyüklüğü ve amaca ne kadar yaklaşıldığı açıkça görülmektedir. Burada şunu da zikretmeden geçemeyeceğiz: Şölene katılan çocukları misafir etmek isteyen okulların ve ailelerin nasıl büyük bir coşkuyla, sevgiyle, heyecanla bizleri aramaları, ricaları ve misafir ettikleri çocukları ülkelerine gönderirken ortaya çıkan tablo, yapılan faaliyetin ne derece olduğunu göstermesi bakımından dikkat çekicidir. Tabii ki bu faaliyeti yalnız başımıza gerçekleştirmemiz mümkün değildir. Şölenimizde bize yardımcı olan İstanbul Valiliğimiz, İstanbul Milli Eğitim Müdürlüğümüz, okullarımız |
|
Güney Azerbaycan'da Babek Kalesi Halk Kurultayı Üzerine Sosyolojik Değerlendirme |
![]() Artum Dinç Bugün İran'da farklı sosyal-kültürel etnik yapılar arasında yaşanan çatışma süreci kolaylıkla hissedilir bir gerçektir. Bilindiği gibi bu tip sosyal-kültürel çatışmaların kaynağı, yapılanmış her hangi bir sosyal-kültürel sistem içerisinde belli bir kültürel yapı tarafından diğer kültürel yapılara karşı uygulanan ayrıcalıklı etnik politikalardır. |
ادامه مطلب
![]() Türkiye ile Azerbaycan, yeni bir kardeşlik köprüsü kurdu. İşte atılan adımlardan bazıları: Türkiye'nin doğalgaz açığını Azerbaycan kapatacak. Nahçıvan'ın gaz ve elektriği ise Iğdır'dan gidecek. Ucuz uçak seferleri başlayacak. |
ادامه مطلب
Bir dəfə yuksələn bayraq birdaha enməz
“Məhəmməd Əmin Rəsulzadə”
28MAY - BÖYÜK GÜNÜN TARİXİ
(Azərbaycanın istiqlalının elan olunmasında və milli-demokratik dövlət quruculuğunda Məhəmməd Əmin Rəsulzadənin rolu)
1917-ci ilin sonlarına doğru Azərbaycanın siyasi həyatında böyük yüksəliş dövrü idi. Artıq milli hərəkatda üç cərəyan seçilirdi: milli-demokratlar, sosialistlər və islamçılar. Xüsusi olaraq fərqlənən milli-demokratlar Azərbaycanın inkişafını milli dövlətçilikdə görürdü.
Belə vəziyyətdə Zaqafqaziyadakı siyasi təşkilatlar da fəaliyyətini gücləndirdi. 1917-ci ilin noyabr ayında Tiflisdə Zaqafqaziyadakı siyasi təşkilatların yığıncağı keçirildi və Zaqafqaziya Komissarlığı yaradılması qərara alındı. Həmin il noyabrın 14-də yaradılmış yeni hökumətin tərkibi elan edildi.
1918-ci ilin fevralından - Zaqafqaziya Seyminin ilk iclasından sonra isə Azərbaycan siyasətçilərinin Zaqafqaziya istiqlalı uğrundakı mübarizəsinin yeni mərhələsi başlandı. Həmin il fevralın 23-də Tiflisdə Zaqafqaziyanın qanunverici orqanının - Zaqafqaziya Seyminin açılışı oldu. Seymdəki Azərbaycan fraksiyası 44 millət vəkilindən ibarət idi və “Müsavat”, “İttihad”, “Hümmət” və “Müsəlman sosialist bloku”nu təmsil edirdilər. 1918-ci il martın 14-də keçirilən Trapezund sülh konfransında da Türkiyə nümayəndələri artıq Zaqafqaziya nümayəndələrindən respublikanın siyasi quruluşları haqqında qətnamə tələb edirdilər.
Bundan əlavə, 1918-ci ilin mart hadisələri də Zaqafqaziya Seymindəki münasibətləri gərginləşdirdi və Azərbaycanın milli müstəqilliyi uğrundakı mübarizədə həlledici mərhələ sayıldı. Qeyd edək ki, 10 minə yaxın günahsız adamın ölümünə səbəb olmuş 1918-ci il mart hadisələri Azərbaycan tarixinin ən faciəli səhifələrindən idi.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə ermənilərin Azərbaycanda həyata keçirdiyi kütləvi terror və qırğınları öyrənmək məqsədilə ayrıca bir fövqəladə tədqiqat komissiyası yaradılmışdı. 1918-ci il martın 29-da Bakı və Tiflis dəmiryolu bağlandığından şəhərdə qalan erməni silahlıları “Evelina” gəmisində Müsəlman diviziyasının bir neçə yüz əsgərini tərksilah edəndən sonra vəziyyət gərgin həddə çatmış və Qızıl Ordu dəstəsinə atılan təxribatçı güllədən sonra silahlı ermənilər dinc əhaliyə hücum edərək onları amansızcasına qırmışdı. M.Ə.Rəsulzadə yazırdı: “Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatı Bakıda da tətbiq edirdilər. Əmələ və füqəra hakimiyyəti naminə ”Müsavat firqəsi milli-müsəlman şura"sına elani-hərb edən “Bakı Soveti” erməni alayları ilə biliştirak 10000 qərib müsəlmanı qətl etdi".
Minlərlə günahsız adamın ölümünə səbəb olan ermənilərin xəyanəti, törətdikləri qırğın haqda məlumat 1918-ci il aprelin 2-də Zaqafqaziya Seyminə çatdırıldı. Lakin Seymin bu qırğına laqeyd münasibəti azərbaycanlı nümayəndələrdə ciddi narazılıq doğurdu. Eyni zamanda Seymin gürcü-erməni çoxluğu Bakı Sovetinə ciddi təsir göstərmək istəmirdi. Bu münasibəti görən Seymin azərbaycanlı deputatları ayrı-ayrı partiyaları təmsil etsələr də eyni mövqeyə gəlib birgə fəaliyyətə üstünlük verdilər. Mart hadisələri Milli İstiqlal Mübarizəsinin nəinki məqsədində, eləcə də forma və vasitələrində keyfiyyət dəyişikliyi yaratdı.
Bu hadisələrdən sonra fikir müxtəlifliyində olan azərbaycanlılar, gürcülər və ermənilərin Seymində birgə fəaliyyəti getdikcə mümkün olmur, münasibətlərdə inamsızlıq yaranırdı. Qeyd edək ki, gürcülər və ermənilər Türkiyə ilə münasibətdə ciddi siyasi ziddiyyətdə idilər. Gürcülər Batum və Acarıstanın saxlanılması cəhdlərində olsa da buna nail olmaq üçün Qars və Ərdəhanı güzəştə getməyi lazım bilirdilər. Türklərin isə Seym daxilindəki ziddiyyətlərdən məlumatı var idi. Odur ki, Zaqafqaziya hökumətinin Türkiyə ilə apardığı müharibə 8 gündən artıq çəkmədi. Türklər aprelin 15-də Batumu tutdu, eyni zamanda Qarsı mühasirəyə aldılar.
Belə vəziyyətdə aprelin 19-da Seymə daxil olan Azərbaycan nümayəndələrinin birgə yığıncağında onlar Zaqafqaziyanın müstəqilliyini tələb etdilər. Azərbaycanlı nümayəndələr bildirdilər ki, əks halda onlar Azərbaycanın müstəqilliyi istiqamətində hərəkət edəcəklər. Tezliklə gürcülər və ermənilər türklərin əsas tələbinin yerinə yetirilməsinin, yəni Brest-Litovsk müqaviləsi şərtlərinin və Zaqafqaziyanın müstəqilliyinin elanının vacibliyini dərk edib müharibənin dayandırılması zərurəti qarşısında qaldılar. 1918-ci il aprelin 22-də Zaqafqaziyanın müstəqilliyi elan edildi.
Lakin Zaqafqaziya Seymi daxilində ziddiyyətlər azalmır, getdikcə gərginləşirdi. Xüsusən Almaniyanın da Zaqafqaziya da təsirinin artması gürcülərin onlara meylini artırırdı.
Zaqafqaziya Seymi daxilindəki narazılıqlar, Gürcüstanın Qafqaz birliyindən çıxıb Almaniya himayəsinə keçmək istəyi artıq bu millətlərin birləşib bir orqanda fəaliyyət göstərməyini sual altında qoymuşdu. Mayın 25-də gürcülər Seymi buraxmaq və Gürcüstanın müstəqilliyini elan etmək qərarına gəldilər. 1918-ci il mayın 26-da Seymin sonuncu iclası keçirildi və onun fəaliyyəti dayandırıldı.
Seymin fəaliyyəti dayandırılandan sonra - 1918-ci il mayın 27-də Zaqafqaziya Seyminin buraxılması ilə bağlı bura daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək Azərbaycan Müvəqqəti Milli Şuarsını elan etdi. Sonra Milli Şuranın sədri seçkisinə başlanıldı. Müsavat Partiyası M.Ə.Rəsulzadənin sədrliyini irəli sürdü. “İttihad” partiyası istisna olmaqla qalan təşkilatların səs verməsi nəticəsində M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi. H.Ağayev və M.Seyidov Milli Şura sədrinin müavinləri seçildilər. Elə həmin iclasda Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı, F.Xoyski icraiyyə orqanının sədri seçildi.
İlk Azərbaycan hökumətinin təşkili F.Xoyskiyə tapşırıldı. Yaradılan ilk hökumət aşağıdakı tərkibdə idi: “Nazirlər Şurasının sədri və daxili işlər naziri - F.X.Xoyski; hərbi nazir - Xosrov bəy Sultanov; xalq maarifi və maliyyə naziri - Nəsib bəy Yusifbəyli; xarici işlər naziri - Məmməd Həsən Hacınski; poçt-teleqraf və yollar naziri - Xudadat bəy Məlikaslanov; əkinçilik və əmək naziri - Əkbər ağa Şeyxülislamov; ədliyyə naziri - Xəlil bəy Xasməmmədov; ticarət və sənaye naziri - Məmməd Yusif Cəfərov; dövlət naziri - Cəmo bəy Hacınski.
Mayın 28-də Milli Şuranın ilk iclasında (24 nəfərin iştirakı ilə) aşağıdakı məsələlər müzakirə edildi: 1. H.Ağayevin Yelizavetpoldakı (Gəncədəki) son hadisələr barədə məlumatı; 2. M.Ə.Rəsulzadənin Batumdan teleqramının və məktubunun oxunması; 3.Seymin buraxılması və Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanın vəziyyəti.
Üçüncü məsələ ilə bağlı (yəni Azərbaycanın vəziyyəti) Şura üzvü X.Xasməmmədov Azərbaycanın müstəqil respublika elan edilməsinin vacibliyini bildirdi, F.Xoyski isə “yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına kimi Milli Şura hələlik Azərbaycanın istiqlaliyyətini elan etmədən ölkələrlə sülh danışığı aparmaq üçün tamhüquqlu Azərbaycan hökumətinin yaradılması ilə bağlı kifayətlənməyi” təklif etdi. Lakin Milli Şura 22 səslə (S.M.Qəniyev və C.Axundov bitərəf qaldılar) Azərbaycan istiqlalının elanı haqqında qərardan sonra İstiqlal Bəyannaməsini qəbul etdi.
İstiqlal Bəyannaməsi (həm “Əqdnamə”, həm də “Misaqi-milli” adlandırılır) 6 maddədən ibarət idi:
“1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan dəxi kamiləl hüquq müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xalq Cümhuriyyəti olaraq təqərrür edir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün müəlliflər və bilxassə həmcüvar olduğu millət və dövlətlərdə münasibatı-həsənə təsisinə əzm edər.
4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qələmrovunda (hüdudu daxilində) yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.
5. Azərbaycan Xalq Cümhuriyyəti ərazi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında areyi-ümumiyyə ilə intixab olunmuş şuraya milli və şurayi milliyə qarşı hökuməti müvəqqətə durur".
Qeyd edək ki, Azərbaycan istiqlalının elan olunması günündə Müsavat lideri M.Ə.Rəsulzadə iştirak etmirdi. Səbəbi həmin hadisə ərəfəsində onun Batuma göndərilərək orada türklərlə danışıqlar aparması idi. Çünki müstəqil Qafqazın Batum danışıqlarına sülh heyəti göndərərkən (M.Ə.Rəsulzadə məhz bu heyətdə idi) “Azərbaycan siyasi firqələrinin birləşmiş iclasında Nəsib bəy Yusifbəyli ”Osmanlı dövlətindən yardım istəmək zərurətini" bildirmişdi.
Azərbaycan istiqlalı elan edilməsinin məna və əhəmiyyəti böyük idi. Bu baxımdan 1918-ci ildə Azərbaycan istiqlalı elan edilməsinə xarici ölkə alimlərinin və tədqiqatçılarının verdiyi qiymət olduqca dəyərlidir.
Professor Qothard Coske: “28 Mayıs 1918-ci ildə elan olunan Azərbaycan istiqlaliyyəti, türk və Azərbaycan düşməni bəzi bədxah zümrələrin ”isbata" çalışdıqları kimi təsadüfi bir hadisə və ya işin içindən çıxa bilmək üçün verilmiş məcburi bir qərar deyildir və uzun müddətdən bəri inkişaf etməkdə olan təbii bir təkamül seyrinin son mərhələsi və nöqtəsidir".
Professor Berd fon Mende: “Bu tarix bilavasitə onunla əlaqədar olan zümrə xaricindəkiləri əlaqədar edən böyük bir günün tarixidir. Çünki bu sadə Qafqasiyadakı milli dövlətçilik inkişafı üçün mühüm bir təməl daşı olmaqla qalmayıb, eyni zamanda Rusiya imperatorluğunda başlayan siyasi hadisələrin seyrində milliyyət prinsipinin hakim rol oynamağa başlandığı bir günün tarixidir”.
Professor Herbert Duda: “Həqiqi mülkiyyətçiliyin lüzumu ilk öncə Azərbaycanda qavrandı və bütün türk irqdaşlarını kültür baxımından birləşdirmək məfkurəsinə orada çalışıldı”.
Professor Herbert Yanski: “1918-ci ildə rus əsiri olan türklər üçün bir istiqbal açıldı; həsrətini çəkdikləri hürriyyətə qovuşacaqlardı. Müstəqil bir dövlətin təməlini quran ilk türk yurdu Azərbaycan idi”.
Doktor Bertold Spuler: “28 Mayısın aşıladığı ruh əsrimizin hakim və mədəni insanlığın əbədi və əzəli həyat prinsipi - millətçilik ümdələrinə dayandığı üçün Azərbaycanın çalınmış istiqlalını geri almaq işində mühəqqəq tarixi rolunu müvəffəqiyyətlə ifa edəcəkdir”.
Cohannes Berizinq: “28 Mayısı doğuran Azərbaycanı necə tanımaq lazım? 28 Mayısın ilhamları haradan gəlir? Vəd olunan suallara qısa bir məqalə çərçivəsində kafi dərəcədə bir cavab vermək çətin olmaqla bərabər bəzi əsas nöqtələr təbarüz edirilirsə, 28 Mayıs anlaşılır: Azərbaycan tarixi hər şeydən əvvəl bizə Azəri türkünün hürriyyətə olan dərin bir sevgisini göstərməkdədir”.
Professor Tadeuş Svyatoxovski: “İndiyə qədər coğrafi bir bölgənin adı olan Azərbaycan artıq 2 milyonluq bir dövlətin adı idi. Tatarlar, Transqafqaziya müsəlmanları və Qafqaziya türkləri kimi dəyişik isimlərlə anılan xalq artıq rəsmən azərbaycanlı olmuşdu”.
Qeyd edək ki, 28 May istiqlalının elanı bütün Şərq aləmində və bütün türk dünyasında yeni, demokratik prinsiplərə söykənən bir dövlətin qurulduğunu xəbər verirdi. Rusiya əsarətində yaşayan türk xalqları arasında azadlıq bayrağını ilk dalğalandıran Azərbaycan ordu və 28 May “Azadlığa qovuşan bir insan kütləsinin hürriyyəti simvolu”na çevrildi.
Azərbaycan milli qurtuluş hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə 28 May istiqlalını mühüm hadisə adlandıraraq bu münasibətlə yazırdı: “O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq dövlət qurmuş və dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdı”.
Azərbaycan istiqlalı elan olunandan sonra Zaqafqaziya hökumətinin Batumdakı sülh danışıqları aparan heyəti parçalandı. Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə müstəqil Azərbaycan Cümhuriyyəti adından M.H.Hacınski (o, xarici işlər naziri idi) ilə birlikdə Türkiyə nümayəndəliyi ilə iyunun 4-də dostluq haqqında müqavilə imzaladı.
1918-ci il iyunun 4-də “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasındakı dostluq müqaviləsi”ni Türkiyə dövləti adından ədliyyə naziri Xəlil Menteşə, Qafqaz cəbhəsinin Baş komandanı Vəhib Paşa, Azərbaycan hökuməti adından isə xarici işlər naziri M.H.Hacınski və Milli Şuranın sədri M.Ə.Rəsulzadə imzaladılar. Azərbaycan Respublikası nümayəndələrinin xarici ölkələrlə imza atdığı ilk sənəddə hər iki dövlətin - Osmanlı imperiyası və Azərbaycan hökuməti arasında “Siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlindiyi” bildirilirdi.
İmzalanan sənədin 1-ci maddəsi belə idi: “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında daima sülh və möhkəm dostluq olacaqdır”.
Sənədin 4-cü maddəsində isə yazılmışdı: “Dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür”.
Azərbaycan hökuməti ən ağır və çətin şəraitdə məhz həmin müqavilə əsasında türk qoşunlarını Azərbaycana dəvət etmişdi. M.Ə.Rəsulzadə yazırdı: “Bütün Azərbaycan xalqının çarçeşmlə bəklədiyi ümidə tərcüman olan bu müraciətimizdə Türkiyə heyəti-mürəxxəsəsi həmən müvafiqət cavabını verdi”.
M.Ə.Rəsulzadənin başçılıq etdiyi Milli Şuranın Azərbaycanın bir müstəqil dövlət halına gəlməsində həqiqətən böyük xidmətləri var idi. Azərbaycan İstiqlal Bəyannaməsinin 6-cı maddəsində göstərildiyi kimi: “Azərbaycan idarəsinin başında Şurayi Milli dururdu”.Azərbaycan Milli Şurası istiqlalımız uğrunda lazım gələndə hətta özünü buraxmaq dərəcəsinədək güzəştə getmişdi. Milli Şuranın istiqlal elanının ilk vaxtlarındakı mübarizəsi olduqca çətin idi. Azərbaycan daxilindəki bəzi qüvvələr Milli Şuranı ləğv etməyə çalışırdı. Bu qüvvələr “İlhaqçılar” adı altında çıxış edərək hökumətin buraxılmasını və Nuru Paşanın yeni hökumət təşkil etməsini tələb edirdi.
M.B.Məmmədzadə yazırdı: “O, yalnız bitərəflik elan etməmişdi, hökumətin və Milli Şuranın tamamilə dağılmasını və mövqeyini paşanın öz ordusu ilə təşkil edəcəyi hökumətə verməsini istəyirdi. Təşkil olunacaq bu ”hökumət" isə rus çarizminin sabiq deputatları ilə şeyxülislamdan ibarət olacaqdı. Milli Şuranın son iclasında çıxış edən M.Ə.Rəsulzadə dedi: “Əfəndilər, hələ səhər iclasını açanda indiki şəraitin necə əhəmiyyəti olduğunu xatırlatmışdım.
Əfəndilər, demək istəyirəm ki, Azərbaycan hətta Qafqazda ən azadlıqsevər və inqilabi respublika sayılan Gürcüstandan da xoşbəxt olacaq!"
amVəziyyətin gərginliyini nəzərə alıb N.Yusifbəylinin təklifi ilə Milli Şuranın 17 iyun tarixli iclasında Fətəli xan Xoyskinin ikinci kabinəsi təşkil edildi. Qeyd edək ki, Bakıdakı xəyanətkar qüvvələr bu mühüm şəhəri əldən verməmək üçün ciddi müqavimət göstərirdi. S.Şaumyanın Leninə göndərdiyi teleqramların məzmunundan aydın olurdu ki, Bakını əldən verməmək üçün hər xəyanətə əl atılırdı. Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra da Bakı Soveti və onun icraiyyə orqanı olan Bakı Xalq Komissarları Soveti bütün vasitələrlə milli hökumətə qarşı mübarizə aparırdı. Bakı Xalq Komissarları Soveti tabeliyindəki ordunun köməyi ilə Azərbaycan hökumətinin yerləşdiyi Gəncəyə hücum etmiş, lakin Göyçay vuruşmasında kommuna qoşunlarının hücumu dəf edilmişdi. Sovet Rusiyasının köməyindən məhrum olan, Türkiyə qoşunlarının Bakıya yaxınlaşdığını görən Bakı Xalq Komissarları Soveti vəziyyətin gərginliyini başa düşürdü. Nəticədə ingilislərin Bakıya dəvət olunması haqqında qətnamə qəbul edildi və iyul-avqust aylarında eser-daşnak-menşevik ittifaqı əsasında “Sentrokaspi və Sovetin Müvəqqəti İcraiyyə Komitəsinin Rəyasət Heyəti diktaturası” adlı mürtəce hökumət təşkil olundu. Bakının taleyi olduqca böyük təhlükə qarşısında qaldı.
Bununla əlaqədar olaraq M.Ə.Rəsulzadə Şaumyanın mövqeyini kəskin tənqid edirdi. 1918-ci ilin mart hadisələri zamanı “Bakının və ətraf rayonların İnqilabi Müdafiə Komitəsinə başçılıq edən Şaumyan qırğında bilavasitə məsuliyyət daşıyırdı. Şaumyan ”Bakinski raboçi" qəzetinin 1918-ci il 17 fevral sayındakı “Vətəndaş Rəsulzadəyə cavab” yazısında öz xəyanətkar mövqeyini açıqlayırdı. Azərbaycan muxtariyyəti ideyasına qarşı barışmazlıq göstərən Şaumyan 1917-ci ilin dekabrında Leninin imzaladığı Türkiyə ərazisində Ermənistana muxtariyyət verilməsi dekretinə nail olmuşdu. M.Ə.Rəsulzadənin təbirincə, o, belə bir sənədi cibində gəzdirirdi. M.Ə.Rəsulzadəyə hücumunu davam etdirən Şaumyan bildirirdi: “Tutaq ki, Rəsulzadənin özü inqilabi qayda-qanunun bərpası naminə milli polkların təşkilində şəxsən iştirak etsin, tutaq ki, onun obyektiv niyyətləri büllur kimi safdır, lakin obyektiv surətdə onun fəaliyyəti əks nəticə verəcəkdir, ona görə ki, sinfin siyasəti bu və ya digər şəxsiyyətin yaxşı niyyətlərindən deyil, sinfin niyyətlərindən irəli gəlir”.
Lenin Şaumyanın davam etdirdiyi qorxulu siyasəti 1918-ci ildə ona göndərdiyi teleqramda belə ifadə edirdi: “Sizin möhkəm və qəti siyasətiniz bizi sevindirir”.
Bu ərəfədə - iyunun 17-də Azərbaycan Respublikası nümayəndələrinin İstanbul beynəlxalq konfransına (orada Mərkəz - Almaniya, Avstriya, Macarıstan, Türkiyə, Bolqarıstan və Qafqaz - Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı) göndərilməsi müəyyənləşdi. Konfransda iştirak etmək üçün M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskidən ibarət nümayəndə heyəti təsdiq edildi (bura əlavə 4 məsləhətçi və texniki heyət də daxil idi). Nümayəndə heyətinə konfrans iştirakçıları ilə siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verilmişdi.
M.Ə.Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti iyunun 24-də İstanbula gəldi. İstanbulda nümayəndə heyəti çox gərgin vəziyyətdə işləməli oldu. Bu vəziyyət Rəsulzadənin göndərdiyi məlumatlarda daha dəqiq ifadə olunmuşdur. Rəsulzadənin 1918-ci il avqustun 6-dakı 18 saylı məlumatında bildirilirdi: “Xarici işlər naziri cənab Məmməd Həsən Hacınskiyə. Mən bir daha Tələt Paşa və Ənvər Paşa ilə görüşdüm. Sual çox qaranlıq idi, indi hər şey keçdi, onlar mənə ümid verdilər. Mən alman səfiri Bernsdorfoimia ilə görüşdüm. Bakının neytral olması xəbərini qəzetə məlumat verən Tiflis nümayəndəliyindəki bir məmurdan öyrəndim... Hər ehtimala qarşı Bakı məsələsi əhəmiyyət kəsb edir. Azərbaycanın səlahiyyətli nümayəndəliyinin sədri Məhəmməd Əmin Rəsulzadə”.
Rəsulzadə İstanbuldan yazdığı məktublarda narahatlıqla bildirirdi: “Nəyin bahasına olursa-olsun Bakını tutmaq lazımdır”. O, Nazirlər Şurasının sədri F.Xoyskiyə göndərdiyi məktubda isə bildirirdi: “Siyasi mənzərə tamamilə dəyişib. Vilsonun prinsipləri əsasında sülh təklif edilib. Konfrans baş tutmayacaq. Ermənilər Qarabağı tələb edir. Avropada mütləq gecikmədən təbliğat lazımdır. Biz getməyə hazırlaşırıq. Əlimərdan bəy Avropaya gedir”.
Göründüyü kimi, Bakının alınması həyati bir məsələyə çevrilmişdi. Müsavat Partiyasının yaradıcılarından olan Rəsulzadənin xatirələri bu mənada çox maraqlıdır: “Türk ordusu qərargahına xəritə, plan yetişdirmək üçün Müsavat Partiyası bütün qüvvəsilə çalışırdı. Hər gün dəniz və quru yolla türk ordusu qərargahı nəzdində bulunan arkadaşımız Abbas bəy vasitəsilə şəhərdəki əsgərlərin hərəkəti haqqında türk ordusu qərargahına lazımi məlumatlar verilirdi. Bolşeviklər bu məlumatın sürətlə öyrənilməsinə heyrət edirlərdi...”.
1918-ci il sentyabrın 15-də türk qoşunlarının və Azərbaycanın yeni yaranmaqda olan hərbi hissələrinin kəskin hücumu ilə Bakı şəhəri alındı. Şəhərin alınması uğrundakı döyüşlərdə çoxlu qurbanlar verildi. Rəsulzadə o günlərdə İstanbulda idi. O, yazırdı: “O dövrün hərbiyyə naziri və Baş komandan vəkili bulunan Ənvər Paşa həzrətləri telefon edirdilər: ”Əmin bəy, Bakı alındı!" Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil, təsvir edə bilmirəm. O təsiri hələ unuda bilmirəm".
Rəsulzadə hələ İstanbulda olarkən Almaniya ilə sovet Rusiyası arasında Brest-Litovsk müqaviləsinə əlavə sazişə (27 avqust) cavab olaraq (həmin sazişə görə, Almaniya Bakı neftinin bir hissəsini almaqla Azərbaycanın bütün zəngin neft yataqlarının Kür sahilinə qədər Rusiyaya verilməsinə razı olurdu) Azərbaycan hökuməti adından Almaniyanın səlahiyyətli nümayəndəsi qraf Valdburqa bəyanat təqdim etmişdi. Bu bəyanatda deyilirdi: “Axirən Almaniya ilə Rusiya arasında bağlanmış müqavilənin Bakıya aid maddələrindən son dərəcə təəccüb və heyrətə düçar olan hökumətindən aldığım məlumata əsasən aşağıdakı maddələri ali nəzərinizə çatdırmağa tələsirəm: Azərbaycan əhalisi rus inqilabında elan edilən və Brest-Litovskda rus hökuməti tərəfindən təkid edilən ”hər millətin öz müqəddəratını özünün təyin etməsi hüququndan" istifadə etməklə, Dördlər İttifaqı dövlətlərinin dostluq duyğularına istinad edərək, əsrlərdən bəri altında əyildiyi rus boyunduruğunu üstündən ataraq istiqlalını elan etsə də adıçəkilən müqaviləyə əlavə olaraq bağlanmış müqavilələrlə Bakı şəhərinin rus hakimiyyəti altında qalmasına yardım etdiyini xəbər verməklə çox mütəəssür və kədərlidir".
Rəsulzadə bu problemlə bağlı qəti və kəskin mövqeyini “İqdam” qəzetindəki yazılarında da bildirirdi. Bundan əlavə, ona müraciət edən qəzetlərin müxbirlərinə demişdi: “Bakısız Azərbaycan başsız bədəndir”.
Göstərilən cəhdlər nəticəsində 1918-ci il sentyabrın 23-də Tələt Paşa ilə Almaniya arasında gizli protokol imzalandı və həmin protokola əsasən Türkiyə qoşunları Azərbaycandan çıxır, Almaniya isə Azərbaycanın istiqlalının Rusiya tərəfindən tanınmasını təmin edirdi. Lakin sonrakı vəziyyət Almaniyanın bu prosesi təmin etməyinə imkan yaratmadı. Məlum oldu ki, müharibədə Almaniya, Avstriya-Macarıstan və Osmanlı dövləti ilə Bolqarıstan məğlub olmuş, hadisələrin istiqaməti dəyişmiş və Azərbaycan üçün yeni bir imtahan dövrü başlamışdı. Belə ki, Almaniya artıq məğlub dövlətə çevrilmişdi və 1918-ci il oktyabrın 30-da Lemnos adasının Mudros limanında, ingilislərin “Aqamemnon” gəmisində imzalanan sülhə əsasən Bakı, Batumi və digər yerlər müttəfiqlərin nəzarəti altına keçirdi.
Türk qoşunlarının Bakıdan çıxarılmasından sonra şəhərə girən ingilislər Azərbaycanı müstəqil dövlət olaraq qəbul etmirdi. Lakin general Tomsonla aparılan uğurlu danışıqlar getdikcə real nəticələr verirdi.
***
Şübhəsiz ki, müstəqil Azərbaycan dövləti quruculuğu prosesində ilk uğurlu addımlardan biri Azərbaycan parlamentinin yaradılması oldu. Milli Şuranın sədri Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin çağırılması ilə bağlı ciddi fəaliyyət göstərirdi. Onun imzası ilə 1918-ci il noyabrın 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” müraciətnaməsi hazırlanmışdı. Müraciətnamədə “Vətəndaşlar! Müharibə və inqilab zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurayi-Millisi iltizam-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurayi-Millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurayi-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəklə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə, Şurayi-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək”.
Parlamentin ilk iclasını giriş nitqi ilə Rəsulzadə açdı: “Möhtərəm millət vəkilləri, Azərbaycan Milli Cümhuriyyətinin ilk parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar)... Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi...”
Rəsulzadənin Azərbaycan parlamentindəki bu çıxışı dəfələrlə alqışlarla qarşılandı. Parlamentdə Müsavat Partiyasının Bəyannaməsini təşkilatın lideri Rəsulzadə elan etdi. Həmin tarixi bəyannamədə göstərilirdi: “Bəli, artıq Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan fikri millətin şüurunda yerləşmişdir. Üçrəngli əziz bayrağımız hamımızı siyasətcə birləşdirir. Azərbaycan istiqlalını müdafiə etmək hamımız üçün ortaq bir proqramdır. Ona görə firqələr Azərbaycan ideyasını propaqanda etməklə deyil, mövcud faktın siyasətən, hüquqən və xaricən müdafiəsi ilə məşğul olmalıdır”.
Azərbaycan parlamentinin tərkibi aşağıdakılardan ibarət idi: sədr - Topçubaşov Əli Mərdan bəy, parlament sədrinin müavini - Ağayev Həsən bəy, parlamentin böyük katibi - Rizayev Bağır bəy; katiblər - Hacınski Mehdi bəy və Kiçikxanov Bayram Niyazi. Parlamentin üzvləri: 1. Müsavat fraksiyası və bu qrupa qoşulanlar (lider Məhəmməd Əmin Rəsulzadə). 2. İttihad fraksiyası (lider Qara bəy Qarabəyov). 3. Əhrar fraksiyası (lider Aslan bəy Qardaşov). 4. Sosialistlər fraksiyası (lider Səmədağa Ağamalıyev). 5. Partiyasızlar. 6. Müstəqil deputatlar. 7. Sol partiyasızlar (Abdulla bəy Əfəndiyev). 8. “Slavyan-rus cəmiyyəti” fraksiyası (lideri Viktor Vinikoroviç Klenevskiy). 9. Milli azlıqlar fraksiyası (lideri Lorens Yakovleviç Kun). 10. Erməni fraksiyası (lideri Arşak Arutyunoviç). 11. Daşnaksütyun fraksiyası (lider Arşak İoanesoviç Malxazyan).
Parlament Nikolayevski (indiki İstiqlal) küçəsində yerləşirdi, iclaslar isə həftənin birinci və dördüncü günləri keçirilirdi. Gürcüstan parlamentinin sədri Çxeidze parlamentin açılışı münasibətilə göndərdiyi təbrik məktubunda bu mühüm tarixi hadisəni alqışlayırdı.
Azərbaycanda yaşayan alman ictimaiyyətinin nümayəndəsi Kun parlamentin açılışına münasibətini belə ifadə edirdi: “Parlament üzvləri, vətəndaşlar! Düz yüz il bundan əvvəl taleyin gücü ilə biz Zaqafqaziyaya, xüsusən Azərbaycan ərazisinə atılmışıq... Biz Azərbaycan almanları öz gələcəyimizə ümidlə baxırıq və qəti əminik ki, gənc Azərbaycan Respublikasının demokratik qanunları əsasında biz öz milli özünəməxsusluğumuza və sülh şəraitində yaşayışımıza imkan tapacağıq”.
Polşalıların nümayəndəsi Vonsoviç bu mühüm hadisəni ürəkdən alqışlayırdı: “Hörmətli parlament üzvləri! Azərbaycanda yaşayan polşalılar adından Sizi təbrik edirəm. Eyni zamanda hakimiyyətin əsas daşıyıcısı olan parlamenti alqışlayıram”.
Yəhudilərin nümayəndəsi Quxman bu hadisəyə belə münasibət bildirirdi: “20 min Bakı yəhudisinin seçicisi kimi Azərbaycan qanunvericilik orqanını salamlamağa gəlmişəm”.
Bakıda yaşayan digər xalqların nümayəndələri də ilk Azərbaycan parlamentinin açılışına müsbət yanaşırdı.
Lakin sonralar - sovet hakimiyyəti illərində bu mühüm tarixi hadisəyə də qeyri-obyektiv “izahlar” verildi. N.Pçelin 1931-ci ildə çap etdirdiyi “Müsavat zamanında kəndli məsələsi” kitabında yazırdı: “Türk əsgərlərinin köməyi ilə Bakıda hakimiyyəti ələ keçirən müsavatçılar öz ”demokratikliyi"ni göstərmək üçün 1918-ci ilin dekabrında “parlament”lərini açdılar. Bu parlamenti Azərbaycan xalqı seçməmişdi. Onun əsasını Müsəlman Milli Şurasına daxil olan müsavatçı xan və bəylər təşkil edirdilər".
Azərbaycan Respublikasında ən güclü fraksiya Müsavatda bitərəf demokratların birləşməsi idi. Bu fraksiyanın ümumi sayı 38 nəfər idi. Rəsulzadə parlamentin işində böyük fəallıq göstərirdi. Parlament iclaslarında fəal iştirak edən Rəsulzadə başçılıq etdiyi Müsavat fraksiyasının fəaliyyət proqramları haqqında tez-tez məlumat verirdi. Bu məlumatlarda ümumi bir məqsəd qarşıya qoyulurdu - gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığı, milli və siyasi hüquqların qorunub saxlanılması, Azərbaycan xalqının qonşu dövlətlərlə dostluq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi, respublikada hüquqi-demokratik dövlət quruluşunun bərqərar edilməsi, geniş sosial islahatlar həyata keçirilməsi, ölkəni müdafiə edəcək güclü ordunun yaradılması.
Nəsiman YAQUBLU
APA. “Mən bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Azərbaycanın bu günü, cümhuriyyətimizin 90 illiyinin qeyd edilməsi çox sevindiricidir. Amma unutmamalıyıq ki, Azərbaycan davası bu gün də davam edir. Bu gün də torpağımızın bütövlüyünə qarşı olanlar, ərazimizə göz dikənlər var. Biz azadlığımızı göz bəbəyimiz kimi qorumalı, təkrar yüksələn və dalğalanan bayrağımızı bir daha enməyə qoymamalıyıq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın əməkdar rəssamı, dosent, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyib. O bildirib ki, M. Ə. Rəsulzadənin müxtəlif arxivlərdəki irsi bütünlüklə Azərbaycana gətirilməyib: “Onun yaşadığı ölkələrin arxivlərində Məhəmməd Əmin Rəsulzadənin əlyazmaları, çıxışları, müxtəlif sənədləri qalmaqdadır. Fransada, Polşada, Almaniyada, Türkiyədə, Rusiyada olan bu arxiv sənədləri hələ bütünlüklə araşdırılmayıb. Bu baxımdan onun nəşr edilən kitabları, irsi tam mükəmməl deyil
Sayin Əhmed bey obali
Başiniz sağ olsun

sizin Əziz və Hormətli Ananizin vəfatini
sizə və bouton Azərbaycana təsliyət
deyib və qurbətde Ana və Ata
və Veten həsretilə yaşiyan
Azərbaycanli larin adina size
və aiylenize dozum dilərik
bizi bü boyok ğəminizde şərik bilin
son ğəminiz olsun
Azerbaycanin başi saq olsun
BAKI-TƏBRİZ"İN YENİ SAYI
Dəyərli bloq istifadəçiləri!
Dünya azərbaycanlılarının dərgisi "Bakı-Təbriz"in növbəti – on birinci sayı işıq üzü görüb. Həmişə olduğu kimi, dərginin bu sayında da Güney Azərbaycanın tarixi və çağdaş durumu, İran İslam Respublikasında milli münasibətlər, bölgədə cərəyan edən geopolitik proseslər, Azərbaycanın mədəniyyəti və görkəmli şəxsiyyətləri haqqında müxtəlif səpkili yazılar, eləcə də müəyyən ədəbi nümunələr yer almışdır.
Dərginin yeni sayını (həmçinin əvvəlki sayları) PDF formatda (həcmi 1.4 mb) bloqun "Keçidlər" bölməsindən yükləyə bilərsiniz. Yükləyin və öz kompüterinizdə rahatca oxuyun.
| HAYATINI TÜRK DÜNYASININ BİRLİĞİNE ADAYAN GÖNÜLDAŞIMIZ HAKAN KAYGUSUZ TÜRK EĞİTİM SEN ADANA 1 NOLU ŞUBENİN YÖNETİMİNE ADAY OLDU |
|
|
Büyük Türkçü Elçibeğin Silah Arkadaşı ve Güney Azerbaycan Milli Önderi Prof. Dr. Çağrı Çehreganlı Oğuz Bayramı Nevruz Munasibetiyle Tüm Türk Dünyasının Bayramın Kutladı. |
|
| Oğuz Bayramı (Nevruz) Tüm Türk Dünyasına Kutlu Olsun. |
|
ادامه مطلب
تورکون دیلی
turkün dili
تورکون دیلی تک سئوگلی ایستکلی دیل اولماز
Turkün dili tək istəkli dil olmaz
ئوزگه دیله قاتسان , بو اصیل دیل, اصیل اولماز
Ozgə dilə qatsan bu asil dil asil olmaz
ئوز شعرینی فارسا- عربه قاتماسا شاعر
Oz şerini farsa- ərəbə qatmasa şaır
شعری اوخویانلار. ائشیدنلر کسیل اولماز
Şeri oxuyanlarş eşidər kəsil olmaz
فارس شاعری چوخ سوزلرینی بیزدن آپارمیش
Fars şaıri çox sozlərini bizdən aparmış
"صابر" کیمی بیر سفره لی شاعیر, پخیل اولماز
Sabir kimi bir sufrəli şaır pəxil olmaz
تورکون مثلی فولکلوری دنیادا تک دیر
Turkün məsəli fölkolöri dunyada təkdir
خان یورقانی, کند ایچره مثل دیر, میتیل اولماز
Xan yörqani kənd içərə masal dir mitil olmaz
آذر قوشونی, قیصر رومی اسیر ائتمیش
Azər quşüni qeysar əsir etmiş
کسری سوزودیر بیر بئله تاریخ ناغیل اولماز
Kəsra sozuzör bir belə tarix nağil olmazğ
پیشمیش کیمی, شعرین ده گرگ داد – دوزی اولسون
Pişmiş kimi şerində gərəg dad – düzi oısun
کند اهلی بیلرلر کی دوشابسیز خشیل اولماز
Kənd əhli bilərlərki döşabsiz xəşil olmaz
سوزلرده جواهر کیمی دیر,اصلی بدلدن
Sozlərdə cəvahır kimidir əsli bədəldən
تشخیص وئرن اولسا بو قده ر زیر- زیبیل اولماز
Təşxis verən olsa bu qədər zir zibil olmaz
شاعیر اولا بیلمزسن, آنان دوغماسا شاعیر
Şaır ola bilməzsən anan doğmasa şaır
مس سن, آبالام هر سارای کوینک قیزیل اولماز
Məssən abalam hər saray koynək qizil olmaz
چوخ قیسا بوی اولسان اولوسان جین کیمی شیطان
Çox qisaa boy olsan olusan cin kimi şeytan
چوخ دا اوزون اولما که اوزوندا عقیل اولماز
Çoxda uzun olmaki uzunda əqil olmaz
مندن ده نه ظالم چیخار,اوغلوم, نه قصاص چی
Məndən nə zalim çixar oğlum nə qəsasçı
بیر دفعه بونی قان کی ایپکدن قیزیل اولماز
Bir dəfə bunu gan ki ipəkdən qizil olmaz
آزاد قوی اوغول عشقی طبیعتده بولونسون
Azad qoy oğul eşqi tabiətdə bulünsün
داغ , داشدا دوغولموش ده لی جیران حمیل اولماز
Dağ daşda doğülmüş dəli ceyran hamil olmaz
اینسان اودی توتسون بو ذلیل خلقین الیندن
Insan osi tutsün bu zəlil xəlqin əlindən
آلاهی سورسن , بئله اینسان ذلیل اولماز
Alahi sevərsən belə insan zəlil olmaz
چوق داکی سرابون سویی واریاغ- بالی واردیر
Çoxdaki sərabın süyı var yağ – bali vardır
باش عرشه ده چاتدیرسا , سراب اردبیل اولماز
Baş ərşədə çatdirsa sərab ərdəbil olmaz
میلت غمی اولسا , بو جوجوقلار چوپه دونمز
Milət ğami olsa bu çocöqlar çopə donməz
اربابلار یمیزدان قارینلار طبیل اولماز
ərbablar yemizdən qarinlar tabil olmaz
دوز واختا دولار تاختا, طاباق ادویه ایله
Doz vaxta dolar taxta tabaq ədviyəilə
اوندا کی ننه م سانجیلانارزنجفیل اولماز
Ondaki nənəm sancilanar zəncəfil olmaz
بو «شهریار»ین طبعی کیمی چیممه لی چشمه
Bu şəhriyarin təbıikimi çimməli çeşmə
کوثر اولا بیلسه دئمیرم , سلسبیل اولماز
Kosər ola bilsə demirəm səlsəbil olmaz













